Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qərbdə Ermənistana simpatiya qalmayıb“

Nikolay Zlobin: “Qərbdə Ermənistana simpatiya qalmayıb“

 

 

Xeberinfo.com:  ABŞ-ın Qlobal Maraqlar Mərkəzinin prezidenti, beynəlxalq əlaqələr üzrə ekspert Nikolay Zlobin haqqin.az saytına eksklüziv müsahibəsində Qarabağdakı aprel gərginlikləri və Qərbin Ermənistana soyuq münasibəti barədə danışıb.
Virtualaz.org bildirir ki, ekspert deyib: “Birincisi, bu konflikt daha Qərb üçün maraq kəsb etmir. İkincisi, Qarabağda nələrin baş verdiyini əvvəldən tam olaraq heç də hamı anlamamışdı. Üçüncüsü, 90-cı illərdə Ermənistan Rusiya maraqları prizmasından qəbul edilirdi, onda Qərb və Rusiyanın münasibətlərində kifayət qədər harmoniya var idi. Müasir günümüzdə də Ermənistan Rusiyaya maraqlara uyğun olaraq qəbul olunur. Lakin indi Rusiya ilə Qərbin münasibətləri son dərəcə gərgindir. Buna görə də, Qərbin Ermənistana aşkar laqeydliyi, simpatiyasının olmaması Rusiyaya qarşı rəğbətin itirilməsi, xüsusən də regionda Rusiya siyasəti ilə bilavasitə əlaqədardır.
Şübhəsiz ki, ciddi Qərb siyasətçiləri Dağlıq Qarabağ probleminin belə bir uzun müddətə dondurulmasını gözləmirdi. Bilirəm, Vaşinqtonda çox nüfuzlu qüvvələr mövcuddur ki, onlar ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində daha aktiv mövqe tutmasını istəyirlər. Və onlar Rusiyanın bu konfliktin yoluna qoyulmasında inhisarçı mövqedə olmasına razı deyillər. Düşünürəm ki, ABŞ Dağlıq Qarabağ probleminə dair yeni mövqe formalaşdıracaq. Hələlik isə bu mövqe yox dərəcəsindədir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam