Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

İsraildən Azərbaycana terror xəbərdarlığı

 

İsrailin terrorla mübarizə qərargahı çoxlu sayda israillinin ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb.

Xeberinfo.com:  Xəbərdarlıq təkhükəsizlik məqsədilə vətəndaşların hansı ölkələrə getməməsinin daha yaxşı olacağıyla bağlıdır.

Qərargahın saytında dərc edilmiş yeni siyahıya əsasən, Türkiyə Pakistan və bir neçə Afrika ölkələri ilə yanaşı, səfər üçün ən təhlükəli yerlərdən biridir.

Bununla yanaşı, siyahıda hələ də Azərbaycan var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.

Eyni zamanda, qərargahın xəbərdarlığında qeyd edilib ki, hara getməkdən, harada olmaqda asılı olmayaraq, hətta Qərbi Avropada belə diqqətli olmaq lazımdır. Terrorla mübarizə qərargahı israilli vətəndaşlara ən təhlükəsiz saydıqları məkanlarda belə sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olduğu yerlərdən, o cümlədən stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edib/Report/.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam