Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni tərəf: “8 postumuz alınıb, 26 hərbçimiz itkin düşüb”

 

Az əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” işğalçı qüvvələrin itkilərinə dair yeni məlumatları açıqlayıb.

Xeberinfo.com:   Bu məlumatlarda rəqəmlər nə qədər kiçildilsə də düşmənin məruz qaldığı sarsıdıcı itkilərin izlərini görmək çətin deyil. Virtualaz.org xəbər verir ki, açıqlamaya əsasən aprelin 2-dən bu yana 20 hərbçi həlak olub (yəqin ki bu rəqəmi ən azı 10-a, 20-yə vurmaq lazım imiş), 72-i yaralanıb. 26 hərbçi isə itkin düşmüş sayılır. Habelə “artsax ordusu” 7 tank itirib.

Qondarma rejimin “müdafiə nazirliyinin” nümayəndəsi Senor Həsrətyan Ermənistanın “Mediamax” agentliyinə açıqlamasında onu da deyib ki, hazırda erməni qüvvələr cənub istiqamətində (Füzuli-Xocavənd) 5, şimal istiqamətində (Ağdərə-Tərtər) isə 3 postunu itirib.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan bir-birinin ardınca Facebook-da yaydığı gurultulu bəyanatlarında gah erməni qüvvələrinin heç bir mövqeni əldən vermədiyini, gah əldən verilən mövqeləri “uğurlu əks-hücumla” geri alıb üstəlik bir az da irəlilədiyini bildirirdi. Lakin Artsurun Ovanisyan deyəsən çox pərt olacaq. Çünki indi etiraf edilir ki, bir yox, iki yox, düz səkkiz post itirilib. Prezident Serj Sərkisyan isə bu gün bildirib ki, Ermənistan atəşkəsə hazırdır, ancaq bir şərtlə ki, qoşunlar aprelin1-nə olan mövqelərinə geri qayıtsınlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam