Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Obama Əsədi 2017-ci ildə yola salır

 

Suriya prezidenti Bəşər Əsədin vəzifədən gedəcəyi vaxt açıqlanıb.

Xeberinfo.com:   Rusiya KİV-nə istinadən məlumata görə, Amerika hökuməti Əsədin 2017-ci ilin mart ayından sonra istefaya getməsini planlaşdırıb. Bu barədə ABŞ-ın Suriya krizisi ilə məşğul olan nümayəndələrinin hazırladığı qətnamədə bildirilir.

Sənəddə Suriya prezidentinin hansı şəraitdə öz postunu tərk edəcəyi və bundan sonra nə ilə məşğul olacağı haqda məlumat yoxdur.

Analitiklərin qeydinə görə, Suriyada siyasi keçid dövrü bu ilin fevral ayında başlayacaq və 18 ay davam edəcək. Əsədin nümayəndələri ilə müxalifət arasındakı danışıqlardan sonra apreldə Təhlükəsizlik Komitəsi yaradılacaq. Onu hökumət üzvləri və hərbçilər, eləcə də müxalifətin həlak olmuş üzvləri və döyüşçülər formalaşdıracaq. Bundan sonra ölkə müvəqqəti idarə-üsuluna keçəcək.

Mayda Suriya parlamenti buraxılacaq. Növbəti 6 ay ərzində, yəni 2016-cı ilin noyabrına qədər yeni Konstitusiya layihəsi hazırlanacaq. Suriya xalqı bu sənədlə bağlı fikirlərini 2017-ci ilin yanvarında keçiriləcək referendum zamanı söyləyə biləcək. Mart ayında isə Bəşər Əsədin ailə üzvləri ilə birlikdə idarəçilikdən uzaqlaşdırılması nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam