Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın Suriya planı

ru_siya

 

Qərb dövlətləri ilə uzun illərdir Suriyadakı böhrandan çıxış yolu axtaran Rusiya münaqişənin həllinə dair öz planını hazırlayıb. 

Xeberinfo.com:   Məlumata görə, “Reuters” agentliyinin əldə etdiyi həll planına görə Suriya hökuməti və müxalifəti arasında Konstitusiya islahatları ilə bağlı geniş tərkibli danışıqlar aparılmalıdır. Bundan sonra 18 ay ərzində prezident seçkilərinin keçirilməsi təmin olunmalıdır.
“Reuters”in məlumatına görə, 8 bəndlik həll planında Bəşər Əsədin seçkiyə qədərki müddətdə ölkə başçısı funksiyalarının icrasını davam etdirməsi əks olunub. Bundan başqa, o, yeni seçkilərdə iştirak hüququndan da məhrum olunmayacaq:
“Ümumxalq səsverməsində qələbə qazanan Suriya prezidenti Bəşər Əsəd Ali Baş komandan, xüsusi xidmət orqanları və xarici siyasət sahəsində rəhbər funksiyaları icra etməlidir”.
Sənəddə göstərilir ki, Suriya tərəfi BMT-nin patronajlığı altında keçiriləcək konfransda bütün tərəflərlə təmsil olunmalıdır. Rusiya ölkədə prezident seçkilərinə qədər keçiriləcək islahatlar prosesinə Bəşər Əsədin deyil, bütün tərəflərin razılaşdırdığı başqa bir siyasi fiqurun başçılıq etməsini istəyir.
“Reuters” Moskvanın Suriya planının ötən həftə Vynada keçirilən beynəlxalq konfransda təqdim olunduğunu və ciddi müzakirələrə yol açdığını yazıb.
Rusiya Xarici İşlər Nazirliyi isə xüsusi bəyanatla çıxış edərək agentliyin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam