Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Belçika ruslara qarşı: “Türklər var, ruslar gəlməsin”

78

 

Rusiya və Türkiyə arasında yaşanan təyyarə böhranı Belçikaya sıçrayıb.

 

Xeberinfo.com:   Belə ki, dekabrda 9-da Çempionlar Liqası çərçivəsində keçiriləcək “Gent”-“Zenit” oyunundan əvvəl, rus azarkeşlərə xəbərdarlıq olunub. Gent bələdiyyə başçısı Daniel Termont rus azarkeşlərin stadiona buraxılmayacağını bildirib. O, bunun təhlükəsizliklə bağlı olduğunu vurğulayıb. Termont, Belçikada təxminən 200 min türk yaşadığını, bu səbəbdən rus azarkeşlərlə qarşıdurma ehtimalının böyük olduğunu bildirib: “Burada çox sayda türk var. Belçikaya gəlməyin, stadiona buraxmayacağıq”.
Rusiyanın idman naziri Vitali Mutko Gent bələdiyyəsinin qərarını qəbul etmədiklərini bildirib və olayla bağlı UEFA-ya müraciət etdiklərini deyib: “Bu normal deyil. UEFA və FIFA qaydalarına görə stadion tutumunun 10% -i qədər bilet qonaq komandaya verilməlidir. Rus azarkeşlər Belçikaya gedəcək. UEFA-dan təhlükəsizlik zəmanəti istəyirik. Əgər təhlükəsizliyin təminatı ilə bağlı problem varsa, oyun neytral zonada oynanılsın”, deyə nazir bildirib.
UEFA-dan isə “Gent”-“Zenit” oyununun neytral zonada oynanılmasının müzakirə olunmadığını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam