Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğandan Putinə sərt cavab: “Yazıqlar olsun…”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsinin vurulması mövzusunda yenə Moskvanın ünvanına sərt ifadələr işlədib.

Xeberinfo.com:   Məlumata görə, qatıldığı ictimai tədbirlərdən birində danışan Ərdoğan bu hadisəyə toxunaraq deyib:

Min ildir bu coğrafiya necə güc nümayişlərinə səhnə oldu. Biz burda 78 milyon əhalimizlə dimdik ayaqda qalmağa davam edəcəyik. Sərhədimizi pozan bir hərbi təyyarə F16-larımız tərəfindən vuruldu. Xəbərdarlıqlara rəğmən dinləmədilər. Nəticədə vuruldular.

Bundan əvvəl də top atəşləri, təyyarə və vertolyotlarla sərhəd təcavüzünə məruz qaldıq. Bu hadisədən 3-4 gün əvvəl iki dəfə sərhədimizi pozdular. Bizə dedilər ki, strateji ortaqlığımız var. Mən onu (Putini – red.) oktyabrın 4-də aradım. Bunun yaxşı olmadığını söyəldim. G20-də danışdıq, “dəvətsiz qonaq olmaz” dedik. Putinin Ollandla görüşdən sonra verdiyi açıqlamalar əsla qəbul edilə bilməz.

Sizin orada nə işiniz var? Nədir ki, Suriya rejimi dəvət edib. Məgər hər çağırılan yerə getmək məcburiyyətindəsiz? Orada qatil Əsəd var.

İŞİD-lə mübarizə aparan ölkə Türkiyədir. “Türkiyəni islamlaşdırma” atmacası nədir? Mən Rusiya rəhbərliyi üçün “xristianlaşdırır” desəm, olurmu?”Türkiyə İŞİD-dən neft alır” deyirlər Yazıqlar olsun. Tam əksinə, Rusiya şirkətləri və İŞİD Suriya rejiminə neft satır. Biz bir terror təşkilatından yanacaq alacaq qədər heysiyyatsız deyilik…”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam