Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“PKK-nın Suriya qolunu iki dəfə vurduq”

davudoglu_11015

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu canlı yayımda PKK-nın Suriyadakı qolu PYD-ni iki dəfə vurduqlarını açıqlayıb.

"Xeberinfo.com":   Məlumata görə, Türkiyənin olmadığı bir ortamda Suriya probleminin həll olunmayacağını vurğulayan Davudoğlu sözlərinə belə davam edib:
“Biz Fəratın şimalına PYD-nin keçməyəcəyini, keçdiyi anda vuraracağımızı dedik və 2 dəfə də vurduq”.
“A Haber” və ATV-də gündəmə dair sualları cavablandıran Davudoğlu, Suriya məsələsində Rusiya, ABŞ və İranın olduğuna, Türkiyənin isə olmadığına dair yayılan söhbətlərə aydınlıq gətirib.
“Bunu deyənlər hər halda son günlərdə heç xəbər oxumurlar. Xarici işlər nazirimizin Vyanada Türkiyə, Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı ilə məsələni müzakirə etdiyini bilmirlər. Bir neçə saat əvvəl xarici işlər naziri Parisə getdi. Səbəb isə yenə də Parisdə 9 ölkənin xarici işlər nazirləri arasında məsələnin müzakirəsi idi. Cümə günü, yəqin ki, yenidən Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və İranın xarici işlər nazirləri məsələylə bağlı görüşəcəklər. Türkiyənin olmadığı bir ortamda Suriya problemi həll edilə bilərmi? Əgər belə olsaydı Əsəd bu gün ölkənin hamısına nəzarət edərdi. Türkiyə, 911 kilometrlik quru sərhədini heç bir ölkəyə verməz. Bunu Rusiyaya da ABŞ-a da da söylədik. Bunu yenə deyirik; PYD Fəratın şimalına girməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam