Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"The Times"dan şok iddia:"Şimal axını"nı Kiyev partlatmışdı"

Britaniyanın nüfuzlu "The Times" nəşri maraqlı və sensasiyalı məqalə dərc edib.
Yenixeber.org: Müəllif yazır ki, alman araşdırmaçılar (istintaqçılar-red.) Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını”ndakı qalmaqallı təxribat işi ilə bağlı yeni heç nə üzə çıxarmayıblar. Lakin onlar rusların özlərinə sərf edən kəməri partlatması versiyasını qətiyyətlə rədd ediblər.
 
            "Sanksiyalar "Şimal axını"ndakı partlayışın araşdırılmasına mane oldu" - Reuters

"Alman müstəntiqləri Rusiya gəmilərinin "Şimal axını" qaz kəmərində təxribat törətməsi ilə bağlı iddialara şübhə ilə yanaşır və bunun əksinə olaraq Ukrayna hakimiyyətinin bu işdə iştirakı ehtimalını nəzərdən keçirir. Almaniya Federal Cinayət Axtarışı Departamenti partlayış baş verən ərazinin yaxınlığında manevrlər etmiş Rusiya gəmilərinin fəaliyyətini araşdıraraq belə qənaətə gəlib ki, Moskva "Şimal axını"nı təxribatında iştirak etməyib", - nəşr yazıb.
"The Times" həmçinin aşkar şəkildə qeyd edib ki, Kiyev təxribatın təşkilatçısı sayılır: "Gəmidə olan və təlim keçmiş dalğıclar təxminən 70 metr dərinliyə bombalar yerləşdiriblər. İstintaqı aparan şəxslər əməliyyatın Ukrayna xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyi qənaətinə gəliblər. Onlar məlum qalmaqallı insidentlə Ukrayna hakimiyyəti arasında əlaqəni araşdırırlar".
"The Times" həmçinin aşkar şəkildə qeyd edib ki, Kiyev təxribatın təşkilatçısı sayılır: "Gəmidə olan və təlim keçmiş dalğıclar təxminən 70 metr dərinliyə bombalar yerləşdiriblər. İstintaqı aparan şəxslər əməliyyatın Ukrayna xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyi qənaətinə gəliblər. Onlar məlum qalmaqallı insidentlə Ukrayna hakimiyyəti arasında əlaqəni araşdırırlar".
Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bir müddət öncə jurnalistlərə verdiyi açıqlamada demişdi ki, Berlin “Şimal axını”ndakı təxribatında Ukraynanın izininin olması ilə bağlı Avropa mediasının təqdim etdiyi materiallardan xəbərdardır. lakin onlar bu mövzuda spekulyasiya etməyəcəklər. O xatırladıb ki, Almaniya hökuməti bundan əvvəl də bəyan etmişdi ki, bu mövzuda yalnız günahkarların əməlinə dair “təkzibedilməz sübutlar” olduqda danışacaqlar.
Rusiya prezidenti Vladimir Putin isə hadisə ilə bağlı öz versiyasını səsləndirərkən demişdi ki, “Şimal axını”nı Avropanı Rusiya qazı ilə yalnız Ukrayna ərazisindən təmin etməkdə maraqlı olan biri partladıb".
Xatırladaq ki, ötən ilin oktyabrında sözügedən kəmərdə genişmiqyaslı sızmalar olmuşdu. Avropa ölkələri Kremlin Avropa İttifaqına qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş bu sualtı qaz kəmərlərində təxribat törətməsindən şübhələnirdi.
Qəza Rusiyanın Ukraynaya təcavüzünün güclənməsi fonunda, oktyabrın 1-də Avropada istilik mövsümünün başlaması ərəfəsində və Norveçdən Polşaya alternativ sualtı qaz kəmərinin açılışı ərəfəsində baş vermişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam