Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

İranın hərbi nümayəndə heyəti Kabilə gedib

Rəsmi Tehranla Əfqanıstanın Taliban hökuməti arasında Gilmənd transsərhəd çayı ətrafında gedən şifahi qarşıdurma kəskinləşdikdən sonra İranın hərbi nümayəndə heyəti Kabilə gəlib.
Yenixeber.org: İran mediasında yayılan məlumatlara görə, İran silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini Bəhram Hüseyninin başçılıq etdiyi hərbi nümayəndə heyəti Kabilə səfəri əsnasında Taliban hökumətinin silahlı qüvvələrinin rəis müavini Mali Xan Sədiq ilə birgə sərhəd əməkdaşlığı ətrafında müzakirələr aparıb.
Həmçinin, İslam şurasının sədri Məhəmməd Baqir Qalibaf da, öz müsahibəsində iki ölkənin qonşuluğunun uzun tarixinin bir hissəsi kimi Gilmənd müqaviləsinin toxunulmazlığını və Əfqanıstanın ikitərəfli münasibətlərdə ciddi problemlərin qarşısını almalı olduğunu söyləyib.
Qeyd edək ki, keçən həftə Sistan və Bəluçistana səfərindən sonra İranın prezidenti İbrahim Rəisi bu əyalətdə kənd təsərrüfatı üçün narahatlıq doğuran su problemi barədə Talibana “ciddi xəbərdarlıq” edərək, onlardan İranın Gilmənd çayı ilə bağlı iddiasını həyata keçirmələri tələbini irəli sürüb.
Bundan bir neçə gün sonra isə, Talibanın iddialı komandirlərindən sayılan general Mübin İbrahim Rəisinin “xəbərdarlığına” cavab olaraq kinayə ilə “İran prezidentinə hədiyyə” kimi çaydan bir qallon su götürməklə Talibanın İranın təhdidlərindən qorxmadığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam