Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənistanla Rusiya Yuxarı Lars yoluna alternativ tapıb -Dənizdən...

Gürcüstandan keçərək Ermənistanla Rusiyanı birləşdirən yeganə yol olan Yuxarı Lars yoluna alternativ formalaşdırılır. Əlverişsiz hava şəraiti, avtomobil axınının artması və gecikmələrə görə yük maşınlarının həftələrlə ilişib qaldığı yolun əvəzinə Batum-Novorossiysk dəniz marşrutu ilə və əks istiqamətdə yük daşınmasına start verilib. Bu prosesi təşkil etmək üçün Ermənistan hökuməti operator kimi "C&M INTERNATIONAL" şirkətini seçib. Aprel ayından şirkət dəniz yolu ilə Novorossiysk-Batum, Batum-Novorossiysk istiqamətində yük daşımaları həyata keçirməyə başlayıb. Yüklərin daşınması dövlət subsidiyaları hesabına həyata keçirilməlidir. 

Yenixeber.org:Şirkətin direktoru David Eloyan "Armenpress"ə müsahibəsində bu istiqamətdə artıq 2 yükdaşımanın həyata keçirildiyini bildirib. 

“Bu gün gəmimiz 350 konteyner daşıya bilir. Aprelin 18-də biz ilk göndərişi başa vurduq. Novorossiysk və Batum arasında həftədə bir dəfə müntəzəm daşıma planlaşdırırıq. Tələbatla paralel olaraq, zərurət yarandıqda, trafiki 2-3 dəfə artıra biləcəyik. İndi ən vacibi həftədə bir dəfə müntəzəm, dayanıqlı daşıma həyata keçirməkdir”, - Eloyan vurğulayıb. 

O, əmin edib ki, bu variant bir çox sahibkarlar üçün çox faydalı ola bilər: "Yük 20-24 saat ərzində təyin olunmuş yerə çatır. Yol boyu heç bir problem yoxdur, sahibkarlar malların vaxtında tərəfdaşlarına çatacağına əmin ola bilərlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam