Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Münhendə casus saxlanıldı:Məxfi məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürürmüş

 Almaniya polisi vətənə xəyanətdə və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxsi həbs edib.

Yenixeber.org: Almaniya vətəndaşı olan həmin adam Münhen hava limanında saxlanılıb.

Bu barədə Almaniya Baş Prokurorluğunun dərc etdiyi məlumatda bildirilib.  

Saxlanılan Artur E. adlı şəxsin ötən ilin dekabrında oxşar ittihamla həbs olunan Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı Karsten L. ilə əlbir olduğu iddia edilir.

İttiham tərəfinin iddiasına görə, Karsten L. ona məxfi məlumatlar ötürüb.

“Artur E. isə bu məlumatları Rusiyaya çatdırıb və orada xüsusi xidmət orqanlarına təhvil verib”, - deyə Almaniya Baş Prokurorluğunun bəyanatında qeyd edilib.

Həmçinin bildirilib ki, Artur E. Federal Kəşfiyyat Xidmətinin əməkdaşı deyil. O, ABŞ-dən gələn aviareysdə saxlanılıb.

İstintaq ABŞ Federal Təhqiqatlar Bürosunun dəstəyi ilə aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam