Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yunanıstanda referendum keçirilir

 

Bu gün Yunanıstanda hökumətin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirilir.
"Xeberinfo.com":   Məlumata görə, ötən gün səsvermə ilə əlaqədar hökumət səviyyəsində iclaslar axşam saatlarına qədər davam edib. Hazırkı iqtidar Siriza partiyasının nümayəndələri referendumun nəticəsindən asılı olaraq atılacaq addımları müzakirə ediblər.
Avropanın bir sıra ölkələrində, eyni zamanda, Türkiyə və Portuqaliyada yunan xalqına dəstək nümayişləri keçirilib. İstanbul şəhərində fəallar yunanları Avropanın sərt iqtisadi tədbirlərinə qarşı “yox” deməyə çağırıblar. Aksiya iştirakçıları “Siriza, müqavimət göstər”, “İstanbul sizinlədir” - deyə şüarlarla çıxış ediblər.
Portuqaliyanın paytaxtı Lissabonda da, həmçinin, fəallar Yunanıstanın baş naziri Aleksis Tsiprasa dəstəklərini ifadə ediblər.
Tsipras yunan xalqını beynəlxalq kreditorların ağır borc şərtlərinə “yox” deməyə səsləyir.
Yunanıstan böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cü ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.
Qeyri-stabil maliyyə vəziyyəti ilə əlaqədar ölkədə kommersiya banklarının müvəqqəti olaraq fəaliyyətləri dayandırılıb. Hökumət bankların iyul ayının 7-sində fəaliyyətə başlayacağını deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam