Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AB liderlərindən referendum açıqlaması

 

Avrozonaya üzv ölkələrin rəhbərləri iyulun 7-də müşavirəyə çağırılırlar
 
"Xeberinfo.com":   Fransanın prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkel Yunanıstanda keçirilən referendum nəticələrinin dəyərləndirilməsi üçün Avrozonaya üzv ölkələrin rəhbərlərini müşavirəyə çağırıblar. Yelisey sarayı mətbuat mərkəzi ötən axşam Fransua Ollandla Anqela Merkel arasında telefon danışığı baş tutduğunu bəyan edib. Bəyanatda hər iki ölkə rəhbərinin, yunan xalqının seçiminə hörmət göstərilməsi mövzusunda həmfikir olduqları bildirilib. 
 
Həmin açıqlamada, Olland və Merkelin Avrozonaya üzv ölkələrin rəhbərlərinin çərşənbə axşamı günü toplanması üçün Avropa Şurasının sədri Donald Tuska müraciət etdikləri qeyd edilib. 
 
Həmçinin referendum nəticələrini dəyərləndirmək üçün Avropa Komissiyasının sədri Jan Klod Yunker və Avropa Parlamentinin sədri Martin Şultsla telefonla danışdığı bildirilən Ollandın baş nazir Manuel Valls və digər nazirlərlə də görüşdüyü bildirilib. 
 
Bundan başqa Ollandla Yunanıstanın baş naziri Aleksis Tsipras arasında da telefon danışığı olduğu bildirilib. 
Fransua Ollandla Anqela Merkelin isə referendum nəticələrini müzakirə etmək üçün bu gün Parisdə görüşəcəkləri açıqlanıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam