Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Yunanıstana ultimatum

 

Yunanıstan hökuməti avropalı kreditorların təklif etdiyi borc proqramının şərtləri ilə razılaşmayıb.

"Xeberinfo.com":  Məlumata görə, ötən gün Belçikanın paytaxtı Brüsseldə avrozona ölkələrinin maliyyə nazirləri səviyyəsində məsələyə dair iclas keçirilib.

İclas zamanı rəsmi Afina yeni təkliflərə baxmayaraq, borc proqramı müddətinin uzadılmasını absurd hesab edib. Afina rəsmiləri proqramın davam etdirilməsi üçün şərtlərdə radikal dəyişikliklər tələb ediblər.

Avroqrupun prezidenti Yerun Deysselblum mətbuat konfransında çıxışı zamanı hazırkı proqramın kifayət qədər elastik olduğunu bildirib. Deysselblum rəsmi Afinaya ultimatum göndərib.

Yerun Deysselblum: “Biz şərtlərin müzakirəsinə hazırıq. Təktərəfli şəkildə qərarlar qəbul etmək istəmirik. Təşkilatla razılıq olmadan yunan hökuməti geri çəkilməməlidir. Rəsmi Afina maliyyə öhdəliklərini yerinə yetirməli və bununla maliyyə sektorunda stabilliyi təmin etməlidir”

Yunanıstanın borc proqramı bu ayın sonunda başa çatır.

Yunanıstanın paytaxtı Afinada hökumətin qərarına dəstək olaraq yüzlərlə fəalın iştirakı ilə nümayiş keçirilib.

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam