Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya fond sədri: “Ermənistanda effektsiz idarəetmə var”

 

Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun təsisçisi və baş direktoru Konstantin Simonov “İnter RAO” şirkətinin İdarə Heyətinin sədri Boris Kovalçukun açıqlamasına münasibət bildirib

"Xeberinfo.com":   Konstantin Simonov Ermənistan mətbuatına açıqlamasında deyib ki, bir çox sahədə problemlər var və onlar kompleks şəkildə həll edilməlidir.  
Onun sözlərinə görə Ermənistanda idarəçiliyin efektində ciddi boşluqlar mövcuddur.
Baş direktor Ermənistan iqtisadiyyatının zəif olduğunu da da diqqətə çatdırıb:   “Bu gün Ermənistanda bazar iqtisadiyyatı güclü kompleks sistemə malik deyil. Belə vəziyyətdə əlbəttə ki, problemlər yaranacaq. Yəni, korrupsiya, effektsiz idarəetmə və s. nəzərdə tuturam. Bir problem başqasını doğurur, bua görə də cəmiyyətdə narazılıqlar yaranır”.  
Konstantin Simovun fikrincə,  Ermənistanda çoxları elektrik qiymətlərinin sehrli çubuqla həll edilməsini istəyir.   “Əlbəttə, “İnter RAO” şirkəti isə yaranmış problemə görə müəyyən məsuliyyət daşıyır. Amma bu şirkət yaranmış probelmi həll edə bilməyəcək”,-deyə vurğulayıb.  
Qeyd edək ki, Rusiyanın “İnter RAO” şirkətinin İdarə Heyətinin sədri Boris Kovalçuk bəyan edib ki, Ermənistandakı sosial narazılıqlar ölkədə yaranmış iqtisadi problemlərlə əlaqədardır və bunun hər hansı siyasi səbəbi yoxdur. O həmçinin bildirib ki, “Ermənistan Elektrik Xətləri” qurumunun itkiləri mövcud tənzimləmə sisteminin yarıtmaz fəaliyyətinin nəticəsidir.  
İyunun 19-da Yerevanda elektrik qiymətlərinin artımına görə hökumət əleyhinə keçirilən aksiyalar hələ də davam edir.(modern.az)  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam