Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ordudakı problemlər ciddi narazılıqlar yaradıb-ERMƏNİSTANDA

Erməni ordusundakı problemlər ciddi narazılıqlar yaradıb

Dağlıq Qarabağda ölən erməni əsgərlərin çoxu yoxsul ailələrin uşaqlarıdır. Aparılan müşahidələr deməyə əsas verir ki, heç bir siyasətçinin və oliqarxın övladı təmas xəttində hərbi xidmətdə deyil.

Yenixeber.org: Bu fikirləri Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan “ArmenianReport” saytına açıqlamasında bildirib.

Hüquq müdafiəçisi deyib ki, ötən həftə Tavuş istiqamətində ölən əsgər Ayk Kalantarayan yoxsul bir ailənin övladı idi. Bu ailənin hərbi münaqişə ilə bağlı heç bir məlumatı olmadığı halda, övladı erməni siyasi elitasının maraqlarını təmin etmək üçün təmas xəttində öldü.

Erməni gəncliyinin məhvə getdiyini deyən A.Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarını qeyd edib. O deyib ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir. Onların qidalanmasında problemlər var. Ordudakı ağır vəziyyət Ermənistan gənclərini qorxudur. Bu səbəbdən hərbi xidmətdən yayınmaq üçün həkimlərin vasitəsilə saxta sənədlər hazırlanır. Orduda kadr çatışmazlığı isə ciddi problemlərə yol açır. Ermənistan ordusunda gizir və çavuşların azlıq təşkil etməsi səbəbindən hərbi tapşırıqlar azyaşlı əsgərlərə həvalə olunur.

Erməni yazıçı Manvel Sarkisyan isə qeyd edib ki, prezidentliyə namizəd ArmenSarkisyanın hər iki oğlu Vardan və Hayk Ermənistanda hərbi xidmətdə olmayıblar. Hazırda onların hər ikisi Böyük Britaniyada yaşayır. Armen Sarkisyan bilməlidir ki,Londona atəş açılmır və orada cəbhə xətti yoxdur. Övladlarının orada qalması yalnız hərbi xidmətdən yayınmaq kimi izah oluna bilər. Görünür, Serj Sarkisyanın erməni xalqına qarşı apardığı düşmənçilik siyasətini Armen Sarkisyan davam etdirəcək.

Ermənistan silahlı qüvvələri aztəminatlı ailələrin uşaqlarının ölümü üçün mövcuddur. Yüksəkvəzifəli şəxslərin övladları isə orduda xidmət etməkdən çəkinirlər. Bu səbəbdən onlar Ermənistanda yox, Moskvada, Londonda və Parisdə yaşayırlar.(AzərTac)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam