Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Sərkisyanın ömrünə az qalıb"

 

“Rusiyanın bu addımı Ermənistanda emosiyaları müəyyən qədər sakitləşdirə bilər”.  

"Xeberinfo.com":  Məlumata görə,  bu sözləri Axar.az-a açıqlamasında Kremlin Ermənistanda parlament islahatları ilə bağlı verdiyi razılığı şərh edərkən politoloq Qabil Hüseynli deyib.   Politoloq bildirib ki, bu, əslində, düşünülmüş bir addımdır: “Əgər Ermənistan parlament üsul-idarəsinə və İcra Hakimiyyətinin bütünlüklə Nazirlər Kabinetinə məxsus olduğu siyasi sistemə keçərsə, onda prezidentin hakimiyyəti simvolik xarakter daşıyacaq. Hesab edirəm ki, bu, sırf ölkədə hökm sürən emosiyaların sakitləşdirilməsinə hesablanmış bir addımdır. Görünür, Moskva buna razılıq verməklə ölkədə intensivləşən mitinqlərin qarşısını almaq məqsədi güdür. Yəni Kremlin budəfəki siyasətinin arxasında məhz bu gizlin siyasət dayanır. Onu da qeyd edim ki, əslində, Sərkisyanın ömrünə az qalıb. Çünki bu gün o, ölkəsi üçün istənilməyən bir adamdır. Məsələ burasındadır ki, Sərkisyanın hakimiyyətdə qalması Moskvaya sərf edir. Düzü, mən bu razılığı siyasi manevr kimi dəyərləndirirəm. Çünki aydın məsələdir ki, aranı sakitləşdirib, camaatı bununla aldatmaq istəyirlər. Ancaq türklər demiş, daşlar yerinə oturduqdan sonra Rusiya dediyi sözü sabah dərhal inkar edəcək. Ona görə də hazırkı dönəmdə Ermənistanda nisbi sabitliyə nail olmaq Kremlin əsas arzusudur”.   Xatırladaq ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. Məlumata görə, Rusiya Ermənistanda konstitusiya islahatlarının aparılmasına icazə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam