Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya ocağa odun atmaqda davam edəcək”

 

“Hamı 100 faiz bilir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı qərar Donbassda yox, Rusiyada, Kremldə verilə bilər”.
"Xeberinfo.com":  Məlumata görə, bunu III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma jurnalistlərə açıqlamasında deyib.
Ukraynadakı münaqişənin həlli ehtimalına gəlincə, o, MDB məkanındakı digər münaqişələrlə analogiya apararaq eyni aqibətin Donbassı da gözlədiyini bildirib:“Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Cənubi Osetiya, Abxaziya, Moldovada Dnestryanı məsələsi həll olundumu? Donduruldu. Donbass məsələsini də eyni aqibət gözləyir. Çünki böyük ehtimalla Rusiya Ukrayna ilə müharibə etməyəcək, çünki bu ona baha başa gələcək. Amma ocağa odun atmaqda davam edəcək”.
O, “Siz keçmiş dövlət başçısı olaraq, bu məsələdə kimi günahkar hesab edirsiniz?” sualına isə belə cavab verib: “Əgər mən prezident olaraq qaysaydım, Donbassda münaqişə olmayacaqdı”. /Trend


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam