Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Oliqarxlar dövlətin düşmənləridir”

 

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın dövlət başçısı yanında beynəlxalq məşvərət şurasının rəhbəri Mixail Saakaşvili Kiyevdəki “Kiyevo-Moqilyansko akademiyası”nda “İqtisadi islahatlar kontekstində korrupsiya ilə mübarizə” adlı mühazirə oxuyub.

"Xeberinfo.com":   Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, oliqarxların Ukrayna dövlətinin düşmənləri olduqlarını bəyan edib: “Oliqarxlar bir sinif kimi Ukrayna dövlətinin düşmənləridir. Ona görə ki, oliqarxın bir instinkti var – ətrafında hər şey zəif və gücsüz olmalıdır. Heç kimin dövlət dəstəyi olmamalıdır, yalnız oliqarxlar gəlir etmək hüququna mailkdir, ölkədə hara hərəkət etməklə bağlı əmr və göstərişlər verməlidirlər. Oliqarxlar həmin pullarını qalan bütün adamların işləməməsişəraitində qazanırlar”.

Onun sözlərinə görə, oliqarxların ölkəni qaldırdıqları və ağır sənayeni inkişaf etdirmələri ilə bağlı söhbətlərin hamısı həqiqətdən uzaqdır və əksinə hər şey tamamilə yalamdır: “Niyə Polşada oliqarxlar yoxdur? Məhz o səbəbdən Polşa bu gün inkişafına görə Ukraynanı geridə qoyur. İqtisadiyyatı oliqarxlar yaradan kimi, o, yoxsulluq, perspektivsizlik və bərabərsizliyə səbəb olur. Oliqarxızlaşdırma prosesi bürokratiyasızlaşdırma ilə birbaşa bağlıdır. Çünki oliqarx özlüyündə təhlükəli deyil, öz təsirini isə korrupsiyaya uğramış məmurların və müxtəlif səviyyəli deputatların vasitəsilə göstərir. Oliqarxların deputatlarla, siyasətçilərlə, prokurorlarla və hakimlərlə əlaqəni kəsməsi vacibdir”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam