Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Qaçqınkom” Dünya Bankının kreditini necə xərcləyib?:açıqlama yoxdur


 

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktor müavini “unudur” ki,...

Xeberinfo.com: Redaksiyamıza Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) daha bir layihəsi ilə bağlı məlumat daxil olub. Söhbət Dünya Bankının krediti cəlb edilməklə həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” Layihəsindən gedir. Bu Layihənin icrası ilə bağlı ziddiyyətli məlumatlar var. Əməliyyatla bağlılığı olan şəxsin xeberinfo.com-a verdiyi məlumata görə Layihə de-fakto kağız üzəridən icra olunub.

Yaxın günlərdə Hesablama Palatasının bu istiqamətdə aparılmış audit tədbirlərinin nəticələrini açıqlaması da gözlənilir. Bu açıqlamada isə kifayət qədər ciddi sayıla biləcək faktlar yer alacaq.Biz əldə etdiymiz məlumatlarla bağlı Hesablama Palatasının rəsmi açıqlamasından sonra yazacağıq.

“Qaçqınkom”un Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ilə əlaqə yarada bilsək də suallarımıza cavab ala bilmədik. Fondun direktor müavini Namiq İbrahimov bizimlə telefon danışığında əvvəlcə rəsmi sorğu göndərməyimizi desə də, sonradan “nə istəyirsiniz gedin yazın” deməklə kifayətləndi...

Olsun, görünür Namiq İbrahimov ölkənin hazırkı məlum iqtisadi-maliyyə durumunda hansısa xarici maliyyə mənbəyindən kredit alıb da, xərcləməyin məsuliyyətini “unudur”. Həm də onu “unudur” ki, hər bir ölkə vətəndaşının hökumət strukturlarının fəaliyyətindən məlumatlı olmaq haqqı var. Başqa sözlə “Qaçqınkom”un da hökumət strukturu kimi cəmiyyətə açıq, şəffaf olmaq borcu da var.

İnformasiya şöbəsi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam