Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabunçu icra hakimiyyətinin hansı məmuru qanunsuz tikintiyə icazə verib? -DE-FAKTO

media-abuncu

Bəşir Bünyadov küçəsində qanunsuz tikinti faktı – Sabunçu rayonunda ciddi narahatlıq yaradıb

Yenixeber.org: Sabunçu rayonu, Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yolun kənarında – Bəşir Bünyadov küçəsində aparılan qanunsuz tikinti sakinlərin ciddi narazılığına səbəb olub.

Ərazi paytaxtın intensiv nəqliyyat axını olan əsas istiqamətlərindən biridir. Buna baxmayaraq, son günlər yol kənarında heç bir rəsmi icazə və tikinti sənədi təqdim edilmədən aparılan inşaat işləri həm yol hərəkətinin təhlükəsizliyini, həm də şəhərsalma qaydalarını pozur.

Sakinlərin sözlərinə görə, tikinti işləri gecə saatlarında da davam etdirilir, bu isə həm səs-küy, həm də təhlükəsizlik baxımından ətrafda yaşayanlara narahatlıq yaradır. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə və müvafiq nəzarət orqanlarına məlumat verilsə də, hələlik hər hansı tədbirin görülmədiyi bildirilir.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, istənilən tikinti fəaliyyəti yalnız müvafiq icazə və layihə sənədləri təqdim olunduqdan sonra aparıla bilər. Lakin görünən odur ki, Bəşir Bünyadov küçəsində bu qaydalara əməl olunmur.

Əhali aidiyyəti qurumlardan məsələ ilə bağlı operativ reaksiya göstərilməsini və qanunsuz tikintinin dərhal dayandırılmasını tələb edir.Milli Məclis xəbər portalı



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam