“Avtosell Lizing” şirkətindən prezidentə şikayət:Bu cinayət əməlidir
Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri Xətai rayon sakini Rəhimov Asif Rəhman oğlunun müraciəti daxil olub. Müəllif müraciətində “Avtosell Lizing” şirkəti tərəfindən qarşılaşdığı özbaşınalıqlardan bəhs edir.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Bu şikayətimdə yazıb bildidirəm ki, 25.01.2023-ci il tarixdə “Tufan Cars” MMC-nin sahibi Orucov Rahib Mirzə oğlu ilə aramızda müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mən 27 aylıq "Toyota Prius" markalı 77 PN 249 dövlət qeydiyyat nişanlı avtomobili almışam. Rahib Orucov ilə müqaviləyə əsasən hazır “Avtosell Lizing” şirkətində lizinqdə olan avtomobili aylıq olaraq 519 manata götürmüşdüm. Avtomobil 3 aydır ki, məndədir və hər ayın 1-də 519 manat pulu qrafik üzrə Rahibə Orucova ödəmişəm. Bundan sonra şirkət mənə avtomobili idarə etmək üçün yol vərəqəsi vermişdir. Mən daimi olaraq ödənişləri vaxtında Rahib Orucova ödəmişəm. 11.04.2023-cü il tarixdə saat 12:00 radələrində Toyota Prius markalı avtomobil ilə hərəkətdə olan zaman məni ağ rəngli avtomobilin sürücüsü yolun kənarında saxlamağımı demişdir. Həmin avtomobildən düşən 4 nəfər şəxs bildirdi ki, Avtosell Lizing şirkətinin işçiləridir. Mənə dedilər ki, Rahib Orucov ödənişləri etsə də aralarında olan digər səbəblərə görə avtomobili onlara təhvil verməlidir. Mənə hədə-qorxu gəlib bildirdilər ki, nə istəyirsən et, avtomobili zorla da olsa şirkətə aparmalıdır. Mən Rahib Orucova məlumat verdim, onlarla danışdıqdan sonra mənə dedi ki, tez polisə məlumat ver.
Mən avtomobilə görə Rahib Orucova 6500 manat pul ödəmişəm. Rahib Orucov isə “Avtosell Lizing” şirkətinə ödənişlər etmişdir deyə şirkət mənə yol vərəqəsi vermişdir.
Rahib Orucov onlardan iki dəfə bahali avtomobil alib qisa müddət ərzində hər iki avtomobil xarab olub. Sonradan «Avtosell lizinq» sirkəti 2 avtomobilin əvəzinə ona 6 Toyota Prius avtomobil təklif edib. Rahib Orucov isə razilasib, lakin sonra da o masinlarda deffekt olub. Rahib Orucov həmin avtomobilləri onlara qaytardığı halda da yenə də ödədiyi pullari geri ala bilməyib.
“Avtosell Lizing” şirkətinin rəhbərliyi vəzifəsindən sui-istifadə edib mənim avtomobilimi əlimdən qanunsuz olaraq almışdır. Bu cinayət əməlidir ki, onlar törədiblər.
Belə dələduzluqla məşğul olan şirkətin fəaliyyəti ciddi yoxlanılmalı rəhbərliyi barədə qanunu və ciddi tədbirlər görülməlidir.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respubliaksının Baş Prokuroru cənab Kamran Əliyevdən və Azərbaycan Mərkəzi Bankının Rəhbərindən xahiş edirəm ki, “Avtosell Lizing” şirkətinin fəaliyətini obyektiv araşdırıb barələrində qanunu və ciddi tədbirlər görəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.