Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovunda xaricdə şirkətləri aşkar olundu-FOTOFAKT

        

 
Yenixeber.org: Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırmaları davam edir. Bu dəfə onun araşdırmaları ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanovla bağlıdır. Cavanşir bəy yazır:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib.
Cavanşir bəyin yazdığına görə, NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb.
Şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.
1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra "Allianz" şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.
2014-cü ildə Rusiyada fəaliyyət göstərən "СОГЛАСИЕ" ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.
2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

Cavanşir bəyin araşdırmaları nəticəsində işıq üzü görən faktlarla bağlı qarşı tərəfin fikirlrini dinləməyə hazırıq!

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam