Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısının qəfil ölümü necə baş verib? –Şok məlumat

 

 

Bu gün qəfil dünyasını dəyişən Naftalan şəhərinin icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu bildirilib.

Yenixeber.org: Bu barədə saytımıza başçı ilə eyni binada yaşadığını bildirən ictimai fəal Fimar Asimqızı deyib. O qeyd edib ki, başçı Yasamal rayonunda yaşayırmış.

"Yaşadığımız bina 1990-cı ildə istifadəyə verilib, amma baca o vaxtdan bir dəfə də təmizlənməyib", - o deyib.

Onun sözlərinə görə, hadisə baş verən vaxt onun həyat yoldaşı işdə olub:

"Həyat yoldaşı Yasamaldakı 286 saylı məktəbdə müəllimə işləyir. Qonşuların dediyinə görə, hadisə baş verən vaxt başçısının həyat yoldaşı evdə olmayıb. Rövşən müəllim özü isə hamamda olub və dəm qazından da orada zəhərlənib".

F.Asimqızı onu da deyib ki, R.İbrahimovun Londonda təhsil alan oğlu faciə barədə məlumatlıdır və hazırda Bakıya qayıdır.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, R.İbrahimovun dəm qazından dünyasını dəyişməsi barədə onlarda məlumat yoxdur:

“Rəsmi müraciət olunarsa, fakt araşdırılacaq”, - SN mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gecə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, 1967-ci il təvəllüdlü Rövşən İbrahimov dünyasını dəyişib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam