Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tanınmış axundun oğlu dəm qazından öldü- Foto

Tanınmış axundun oğlu dəm qazından öldü

 

 

Ötən gecə Salyan rayonunun Şəhriyar küçəsindəki evlərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib

 

Yenixeber.org: 1982-ci ildə anadan olmuş Əli Əliqəm oğlu İsmayılov dəm qazından boğularaq ölüb. İki azyaşlı uşaq atası olan Ə.İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub.

İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, ali ruhani təhsilli Əli İsmayılov Salyan rayonunun Dayıkənd kəndinin axundu idi. Atası bölgənin ən nüfuzlu ruhanilərindən sayılan mərhum Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.

Faktla bağlı araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam