Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Cavid Qurbanov: məmur, deputat, oliqarx, biznesmen, avtoritet... -VİDEO

 

 


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla belə, C.Qurbanovun xüsusən də bir məmur və deputat kimi dövlət qarşısında müsbət xidmətlərinin olduğu da danılmazdır. Odur ki, Cavid müəllimin bütün tənqid olunan əməlləri ilə yanaşı, ədalət naminə dövlət üçün gördüyü işləri də qeyd etmək lazımdır. Bu, ən azı hər bir jurnalistin peşə borcudur.

Yenixeber.org: Məsələn, əminliklə deyə bilərik ki, Cavid Qurbanov bir məmur, yəni "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olaraq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının onun üzərinə qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirə bilib.
O cümlədən, Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri, yəni yerliləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və iş o yerə çatıb ki, son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi də görür. Hətta, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır.
Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Təsadüfi deyil ki, cənab Qurbanovun yaxın çevrəsi və eloğluları onu “prezidentin bacanağı” kimi də təqdim edirlər. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş pəncərələr açıb...
Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu "Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək “TOPAZ”ın səhmlərinin 51 faizini “Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı, yəni “Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, kriminal aləm ona yad deyil. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun “TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi oliqarx biznesmənə çevrilməsi, ölkənin mərc oyunlarına belə nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə “oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.
Digər tərəfdən, C.Qurbanovun maddi imkanları genişləndikcə daha böyük səlahiyyətlər qazanmaq ehtirası da normal qarşılana bilməz. Məsələn, bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Diqqət edin, dövlət başçısı öz ad günlərini bir dəfə də olsun təmtəraqla qeyd etmədiyi və adətən həmin tarixlərdə sadə insanların, məcburi köçkünlərin əhatəsində olmağa üstünlük verdiyi halda, Cavid Qurbanovun dəbdəbəli 60 illik yubileyində onun üçün sifariş olunan qatar tortu kəsməsi saytlarda manşetə çevrilir. Axı, hər bir məmur ilk növbədə təvazökar olmağı bacarmalıdır. Onun tabeçiliyndə olan şəxslərdən üstün vəzifə səlahiyyətlərinə malik olması heç də bir insan kimi üstün olduğunu nümayiş etdirmir. Odur ki, bütün məmurlar bu məsələdə ən azı dövlət başçısını örnək almalıdırlar...(aim.az)





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam