Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kommunal tariflər bahalaşacaq? -ARAŞDIRMA

 

 

 

Havalar soyuduqca işıq və qazın istifadəsi artır. Bu artımlar isə hər dəfə onun satış qiymətinin ucuz olduğu ilə bağlı yeni açıqlamalarla müşayiət olunur. 

Yenixeber.org: Qiymətlərlə bağlı əhalinin gözləntilərinə rəsmi cavablar almağa çalışmışıq.

                                       Limiti ötəndə qiymət 100 faiz bahalaşır  

Xatırladaq ki, qaz və işığın qiyməti ilə bağlı Tarif Şurasının son qərarı 2016-cı ilin 28 noyabr tarixində olub. Bu qərarla hər iki kommunal xidmətin tarifində artımlar oldu və differensial qiymət tətbiqi başladı. Yəni, müəyyən limit həddindən sonra istehlakçılar istifadə etdikləri qaz və işığın qiymətini daha baha ödəyirlər. 

Ay ərzində təbii qazın istifadəsinin güzəştli limiti 14 manat 20 qəpik, elektrik enerjisinin istifadəsinin güzəştli limiti isə 21 manat olub.

Təbii qazın illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik ödəyəcək. Əslində, əhalinin az hissəsi şəbəkələşmiş mərkəzi istilik sisteminə qoşulduğundan qış aylarında qazdan istifadəyə görə məsrəflər 60-70 manata qalxır. Ona görə də iqtisadçıların bir qismi təbii qazla bağlı limitin ilk mərhələdə 2000 kubmetr, daha sonra isə mərhələli şəkildə 2500 kubmetrədək qaldırılmasını təklif edirlər. 

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şura təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edib. 

                                                 Aldım beş qəpiyə, satdım…

Elektrik enerjisinin aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar bir kilovat-saat üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik ödəyirlər.

İstehsalçıdan satınalma qiymətlərinə görə, qiymətlər fərqlənir. Məsələn, özəl, kiçik su elektrik stansiyalarından 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ bərpaolunan mənbələr üzrə 5,7 qəpikdir.

Ümumiyyətlə, elektrik enerjisinin topdansatış qiyməti 5,7 qəpik təşkil edir. Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında polad əritmə istehsalı müəssisələri gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) 5,8 qəpik, gecə vaxtı isə (saat 22.00-dan 08.00-a qədər) 2,8 qəpik ödəyir. 

Əhali qrupu aylıq istehlak həcminin 250 kVts-a qədər (250 kVts daxil) olan hissəsi üçün 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi üçün 11 qəpik, qeyri-əhali 9 qəpik ödəyir. 

                                     Maya dəyəri dövlətə 12-15 qəpiyə başa gəlir

Beləliklə, “Azərenerji” uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra borcları silinən sektor olaraq qalır. Bu yaxınlarda hətta dövlətin “Azərenerji”nin SOCAR-a olan borcunun ödənilməsi üçün 500 min manat ayrıldığı bildirildi. 

Buna görə də millət vəkili Zahid Oruc “Azərenerji” daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?”, - deyə irad səsləndirdi. 

Bundan sonra enerjinin maya dəyəri ilə bağlı fikirlər səslənməyə başladı. İqtisadçı Fuad Rəsulovun sözlərinə görə, elektrik enerjisinin maya dəyəri dövlətə 12-15 qəpiyə başa gəlir, dövlət isə onu əhaliyə 7 qəpiyə satır. 

O hesab edir ki, bu məsələdə əhalinin sosial vəziyyəti nəzərə alınmaqla tariflər tətbiq edilməlidir. Məsələn, bahalı villalarda yaşayanların kasıblarla eyni məbləği ödəməsi düzgün hesab edilmir. 

F.Rəsulov təklifi belədir ki, əhali 12 qəpikdən ödəsin, sosial yardıma ehtiyacı olanlara isə subsidiya verilsin.

“Əgər tendensiyadan danışsaq, elektrik enerjisi üzrə tariflərin qalxması qarşısıalınmaz prosesdir”, - deyə o bildirib.

                        Avropa ilə Azərbaycanı müqayisə etmək absurddur

 Rövşən Ağayev bildirib ki, Avropada elektirk enerjisinin qiyməti manatla ifadə etdikdə 17-20 qəpikdir: 

“Lakin bu zaman bir neçə məsələni nəzərə almaq lazımdır. İlk növbədə fikir verməliyik ki, həmin maya dəyərdə oturan komponentlərin qiyməti neçəyədir. Məsələn, Avropa enerji istehsalı üçün bütün neft məhsullarını idxal edir, Azərbaycanın isə öz təbii resurslarıdır. Bundan başqa, maya dəyərinin formalaşmasında əsas komponentlərdən biri işçi qüvvəsinin əməkhaqqıdır.

Avropada elektrik mühəndisi 4-5 min avro maaş aldığı halda, Azərbaycanda mühəndislərin maaşı 500 manatdır. Bu kimi böyük və kəskin fərqlər elektrik enerjisinin maya dəyəri ilə bağlı səslənən fikirləri alt-üst edir. Bundan başqa, kommunal xidmətlərin qaldırılması əməkhaqlarının artırılmasını labüd edir”, - deyə o qeyd edib. 

“Ekspert bildirib ki, bu səbəbdən Avropa ilə Azərbaycanda elektrik enerjisinin qiymətini müqayisə etmək absurddur:

Bu məsələni qaldırmaq istəyənlər real xərclərin açıqlanmasını tələb etsinlər”, - deyə iqtisadçı vurğulayıb.  

Millət vəkili Vahid Ələkbərov tariflərə baxılmasının dövlətin sosial siyasətindən asılı olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər ölkədəki orta aylıq əməkhaqqı kommunal xidmət haqlarını ödəməyə imkan verirsə, yalnız bu halda onun qiymətini qaldırmaq olar. 

“Hazırda dövlətin yürütdüyü siyasət isə sosialyönümlüdür və büdcə vəsaitlərinin 35 faizi sosial problemlərin həllinə yönəldilir. Hələlik dövlət kommunal xidmətlər üçün dotasiya ayırmağı lazım bilir və demək ki, tariflərin qaldırılmasına ehtiyac yoxdur. Hazırkı yüksək neft qiymətləri də kommunal xidmətlərin qaldırılmasına ehtiyac yaratmır. Fikrimcə, ölkədə iqtisadi sabitlik davam edərsə, tariflərin qaldırılması məsələsinə iki ildən sonra qayıda bilərik”(oxu.az) 

İlhamə Abdullayeva 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam