Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Polkovnikin kürəkəni 2 nəfəri öldürdü və yüksək vəzifə aldı

 

image here

Rasim Sadıqov Respublika Hərbi Komissarlığında işlədiyi müddətdə komissarı, general Ə.Hüseynov barəsində əldə etdiyi gizli məlumatları müxalifətə, mətbuata və Prezident Administrasiyasına ötürürmüş...
Yenixeber.org: ...Bu yaxınlarda “Akif Əsgərovun “Ərdoğan” planı” baş tutacaqmı?” başlıqlı araşdırma yazım bir neçə internet portallarında və daha ətraflı olaraq “Təzadlar” qəzetində və saytında dərc olundu. “Tarixi Şəxsiyyətlər” jurnalının 2018-ci ilin aprelində işıq üzü görmüş 42-ci sayı da türk dünyasında böyük nüfuza malik olan Prezident Rəcəb Tayyib Ərdoğana həsr olunub. Jurnalda Ərdoğanın həyat yolu, siyasi fəaliyyəti barədə ətraflı məlumat və məqalələr yer alıb.
Lakin mən məqalədə də qeyd etdiyim kimi, yazım belə bir jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsinə, bu şəxslərin əsl niyyətlərinə həsr olunmuşdu. Belə ki, bu məqaləni yazmaqda məqsədimiz həqiqətən adları dəfələrlə ölkə mətbuatında qanun pozuntusu hallarına yol vermiş “Sumqayıt Telekommunikasiya Qovşağı”nın rəisi olmuş Akif Əsgərov və onun qudası, Respublika Hərbi Komissarının sabiq müavini, sabiq rabitə naziri Nadir Əhmədovun kürəkəni, polkovnik Rasim Sadıqovun bu jurnalın adından istifadə etməklə nəzərdə tutduqları və həyata keçirmək istədikləri “planları” oxuculara, yuxarı dairələrə çatdırmaqdan ibarət olmuşdu. Və məqalənin əvvəlində də jurnal barəsində qeyd etmişdik ki, Azərbaycanda nəşr olunan “Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayı qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub.
Turkiyənin rəsmi mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş məqalələri toplayaraq “Çağdaş Türkəyinin fatihi” adlandırılmış Rəcəb Tayyib Ərdoğan haqqında olan bu jurnalda ilk baxışdan qeyri-adi heç nə yox idi. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanin bu ölkədə gördüyü işləri Azərbaycanda təbliğ etmək təqdirəlayiq bir haldır. Lakin bu niyyət xoşdursa...
***
Maraqlı olan jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsidir... Lakin jurnalın dəyərli baş redaktoru Xəlil Qarəhmədov rəhbərlik etdiyi jurnalın adının şəxsi niyyət güdən şəxslərlə əlaqədar hallanmasından narahat olmuşdur. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, mənim bu jurnalın özü və yaradıcı heyəti haqqında mənfi fikrim yoxdur, amma...

Qarşı tərəfin qisas almaq planı...


Araşdırma məqaləmizin geniş oxucu kütləsi arasında rezonansa səbəb olması A.Əsgərovu və R.Sadıqovu bərk narahat etmişdir və onlar qərara almışlar ki, nəyin bahasına olur-olsun suya düşmüş “ƏRDOĞAN PLANLARI”nın əvəzini məndən qisasla alsınlar. Və dərhal “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədova yağlı vədlər verərək məni məhkəməyə vermələrini sifariş vermişlər. Və hətta özünü ədliyyə naziri cənab Fikrət Məmmədovun doğma əmisi oğlu (???) kimi təqdim edən R.Sadıqov söz vermişdir ki, məhkəmənin udulması bizlikdir, sən qorxma. Bu məsələdən sonra həqiqətən də baş redaktor Xəlil Qarəhmədov “Təzadlar” qəzetinin redaksiyasına gələrək məqaləyə görə təkzib verilməsə məhkəməyə müraciət edəcəyi fikrini bildirmişdir. Təbii ki, hörmətli baş redaktor Asif Mərzili ona xatırlatmışdır ki, məqalənin konkret müəllifi vardır və gedib onunla söhbət edə bilərsiniz. Doğrudur, sonradan “Təzadlar” qəzetinin saytında mənim Rasim Sadıqov barəsində kiçik bir açıqlamam oldu. Amma görünən budur ki, o yenə bizə qarşı olan qisas planını arxalandığı dost-tanışına güvənərək həyata keçirmək istəyir. Odur ki, adi bir qələm sahibi kimi polkovnik R.Sadıqova bəzi xatırlamaları nəzərinə çatdırmaq istəyirəm:
-Əvvəlcə xatırladım ki, Rasim Sadıqov 1998-2009-cu illərdə qabiliyyətinə, bacarığına görə deyil, Baş nazirin oğlu Akiflə olan dostluq münasibətlərinə görə Respublika Hərbi Komissarının siyasi işlər üzrə müavini vəzifəsinə təyinat almışdır...

Polkovnikin pula olan sevgisi, bir də...


...1999-cu ildə pula olan sonsuz istəyinə görə qayınatası sabiq rabitə naziri Nadir Əhmədovun adından istifadə edərək hər ay Bakı şəhəri üzrə rayon “Telekommunikasiya Qovşaqları”na baş çəkməyə başlayır. Yasamal TQ-nin rəisi B.Hüseynovun onun çağrılmamış qonaq kimi idarəyə gəlməsini başa düşmədiyini nazirə bildirdikdən sonra Nadir müəllim kürəkəninə qəti olaraq hər hansı rabitə obyektinə burun soxmasını qadağan etmişdir.

Polkovnikin vəzifə hərisliyi, yoxsa siyasi hoqqabazlığı...

R.Sadıqov 2003-cü ildə vəzifəyə olan arzusunu həyata keçirmək üçün ölkədə baş verən siyasi böhrandan maksimum bəhrələnmək qərarına gəlmişdir. O, tezliklə baş verəcək hakimiyyət dəyişikliyinə güvənərək “Musavat” partiyasının funksionerlərilə gizli sövdələşməyə başlamışdır. Və ona söz verilmişlər ki, müxalifət hakimiyyətə gələn kimi o dərhal Respublika Hərbi Komissarı vəzifəsində oturacaq və general rütbəsi alacaqdır. Bu sövdələşmədən sonra nazir qayınatasının qonşuluğunda yaşayan R.Sadıqov onun xidməti avtomobilində hər səhər işə gələrkən Şəhriyar adına klubun qarşısında düşüb işə piyada getməyi xoşladığını bildirmişdir. Əslində o, Azərbaycan prospektində yerləşən Müsavat partiyasının o zamankı qərargahına daxil olub və 5-8 dəqiqədən sonra oranı tərk edib işə getmişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. 2003-cü ildə Prezident seçkiləri ərəfəsində onun belə şübhəli hərəkətləri Müsavat Partiyasının qarşı tərəfində olan binadan mütəmadi olaraq izlənilmiş və tezliklə onun şəxsiyyəti və niyyəti müəyyənləşmişdir. Və yuxarı dairələrdə R. Sadıqovun siyasi müxalifətlə əməkdaşlığını sabiq nazir Nadir Əhmədovun tapşırıqlarını yerinə yetirən birisi kimi qəbul etmişlər. Halbuki, Nadir müəllim bütün həyatını Azərbaycan rabitəsinin inkişafına həsr etmiş və buna nail də olmuşdur. O hardan biləydi ki, kürəkənin vəzifə arzusu və siyasi cəhətdən naşı hərəkətləri onun karyerasını zərbə altına qoyacaqdır. Hələ bu azmış kimi seçkilərə 1 ay qalmış R.Sadıqov özünü Şəki-Qax yolundakı kəndlərə yetirərək səsvermədə müxalifətin namizədinə səs vermələri barədə canfəşanlıqla təbliğat aparmışdır. Nəticə hamıya məlumdur. Seçkilərdən az sonra Rabitə naziri N.Əhmədov işdən azad edilir və ilk işdən çıxarılan yüksək vəzifəli məmur olur. Doğrudur, geniş ictimaiyyət və Nadir müəllim özü bu siyasi qərarın motivini bilməsələr də sonda uduzan Azərbaycan rabitəsi və peşəkar rabitəçiləri oldu...
***
R.Sadıqov Respublika Hərbi Komissarlığında işlədiyi müddətdə komissarı, general Ə.Hüseynov barəsində əldə etdiyi gizli məlumatları müxalifətə, mətbuata və Prezident Administrasiyasına ötürür. Onun Badamdar qəsəbəsindəki 5 qatlı villası barəsində, hansı vəzifəlilərin hərbi xidmətdə olmadıqları halda sonradan hərbi vəzifələrə təyin olunmaları, tanınmış şəxslərin hansı “xəstəlik” adı altında hərbi xidmətdən yayınmaları, bədbəxt hadislər və xəstəlikdən dünyasını dəyişmiş əsgərlərin sonradan qanunvericilik icazə vermədiyi halda “şəhid” kimi status verilməsi və digər ilginc məlumatlar yuxarılara ötürülür. Hətta yalançı “şəhidlər” barəsində olan rəsmi məlumatlara görə Prezident Administrasiyasının rəhbərliyinin ölkənin baş komissarı Əliağa Hüseynovu buna görə möhkəmcə danlaması barədə o vaxt ölkə mətbuatı da yazmışdı.
Polkovnikin kürəkəni 2 nəfəri öldürdü və yüksək vəzifə aldı

Bəs 2 nəfərin ölümünə səbəbkar olmuş polkovnikin kürəkəni necə baş leytenant və vəzifə sahibi oldu?


R.Sadıqov 2016-cı ildə ailəsilə istirahətdən qayıtdığı zaman idarə etdiyi şəxsi qara CİP avtomobili ilə ağır avtomobil qəzası törətmiş və nəticədə 34 yaşlı 2 uşaq atası və 43 yaşlı 3 uşaq atası həlak olmuşlar. Hadisənin ört-basdır edilməsi üçün R.Sadıqov avtomobildə olan sərnişin kürəkəni Raufu dilə tumuşdur ki, qəzanı öz boynuna götürsün. Mən bu məsələni dərinliyinədək araşdırmışam... Kürəkən də naəlac qalıb sükanın arxasında onun olduğunu etiraf etmişdir. Nəticədə Rasim Sadıqov iki nəfərin ölümü ilə nəticələnən bu hadisənin ört-basdır edilməsi üçün 70000 AZN pul xərcləmişdir. O, hətta yararsız vəziyyətə düşən avtomobilinə görə qudası A.Əsgərovdan ona 30000 manat da əlavə pul ödənilməsini istəyir. 2 ay öncə isə Akif Əsgərov bu məsələnin qurama olduğunu bilmiş və Rasimin planı nəticəsində 70000 manat ziyana düşdüyünü gec də olsa anlamışdır.
Rəsmən ölümlə nəticələnən ağır yol qəzası “törətmiş” R.Sadıqovun kürəkəni Rauf isə aradan keçən iki ay ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində birbaşa leytenant rütbəsi alaraq vəzifəyə təyin edilmişdir. Hazırda baş leytenant kimi vəzifə yüksəlişini davam etdirir.

Rasim Sadıqov indi sahibkar kimi vergidən necə yayınır?


Hərbi Komissarlıqda işlədiyi müddət ərzində polkovnik R.Sadıqov Bakıda, Qaxda və Şəki rayonunda 10-a yaxın obyektlərin sahibinə çevrilmişdir. Məsələn, Şəki-Qax yolunun 18-ci km-də inşa etdirdiyi Şadlıq Sarayı 16 ildir ki, yaxın ərazilərdə yaşayan 20000 nəfər əhaliyə xidmət göstərsə də, bu günədək külli-miqdarda vergidən yayınmışdır. Obyektdə işlətdiyi 12 nəfər personalla isə əmək müqaviləsi indiyədək bağlanmamışdır. Eləcə də Şəki-Qax yolunun Baş Layısqı kəndinə dönən hissəsindəki avtotəmir məntəqəsi də eyni qayda ilə fəaliyyət göstərir. Ən maraqlısı isə budur ki, Ulu öndərin 1998-ci ildən Azərbaycanda qumarxanaların fəaliyyətinə qadağa qoymasına baxmayaraq R.Sadıqova məxsus Aşağı Göynük ərazisində yerləşən Şadlıq sarayı gündüz saat 13- 18-dək xeyir iş üçün gələnləri qəbul edir, gecə 23-dən sonra isə şər iş üçün gələnləri, yəni qumarbazları qəbul edir.
***
Bəs polkovnik R.Sadıqovun 2 nəfərin ölümünə bais olmuş kürəkəni kimlərin sayəsində Penitensir Xidmətdə işə qəbul edilmişdir? Bu necə baş vermişdir? Bu barədə növbəti yazıda bəhs edəcəyəm...
Məmməd ƏHMƏDOĞLU
(“Təzadlar” qəzeti üçün)

Redaksiyadan: yazı araşdırılması və hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə göndəriləcək. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam