Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

KİM, KİMİN ÜZÜNƏ TÜPÜRÜB? –“Qorxundan əsə-əsə yaxınlaşdın ki, məni tuturlar…”

 

ilqar_altay1509511201Azərbaycan siyasətində söyüş və təhqirlərin dəbdə olduğu bugünlərdə hüquqşünas İlqar Altayla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qarşıdurma başlayıb.

Yenixeber.org: İlk dəfə 2003-cü ilin prezident seçkilər ərəfəsində o vaxtkı Prezident Heydər Əliyevin sağlıq durumu ilə bağlı araşdırmaları ilə geniş ictimaiyyətin diqqətini çəkən İlqar Altayın, bu yaxınlarda Avropaya siyasi mühacirətə getdiyi bildirilir. Elə “Yeni Müsavat”ın iddiasına görə, İ.Altay bəzi mühacirlərin Azərbaycan hakimiyyətinə qarşı başlatdığı təhqir kampaniyasını təqdir edənlərdəndir. Onunla Rauf Arifoğlu arasında söyüşmə də məhz bu səbəbdən başlayıb.

 “Musavat.com” saytının 24 mart tarixli buraxılışında yayımlanan “Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü”başlıqlı yazıda hüquqşünasın ünvanına sərt ifadələr işlənib. Qarşı tərəfin reaksiyası gecikməyib. İ.Altay bu gün “Facebook”da paylaşdığı cavab yazısında Rauf Arifoğlunu hədəfə götürüb, ona qarşı ittihamlar irəli sürüb və təhqirlər yağdırıb.

“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?”

Rauf

“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?” sərlövhəli yazıdan sitat:“Məsələn, İlqar Altay adında biri var. 2003-cü ildə mərhum Heydər Əliyev xəstə olanda, Klivlend xəstəxanasında yatanda İlqar Altay xarici kəşfiyyatın əlaltısı kimi min hoqqadan çıxdı… Daha sonra 2003-də baş verən hadisələrdən sonra tutulan dostlarının üzünə durmuşdu istintaqda, onları şərləmişdi. Məhkəmədə Sərdar Cəlaloğlu hamının gözü önündə onun üzünə tüpürdü və bu üzəduran uzun illər ictimaiyyət arasına çıxmadı, “itkin” düşdü. Sonra hökumətdəki bəzi təxribatçı qüvvələrin peşkası kimi “ekspert” qiyafəsində peyda oldu. Artıq həmin təxribatçı qüvvələr vəzifədən alınıblar və İlqar Altay dönüb olub radikal, İŞİDvarı birisi. Söyüş maşinkalarını açıq-aşkar müdafiə edir. Təbii, məqsədi haradansa pul qoparmaqdır. Üzəduranlıq missiyasını davam etdirir. Belə bir yaratıq “Yeni Müsavat”ı, söyüş söyməməyə çağıran yazarlarımızı aşağılayır, söyüş söyənlərə haqq qazandırır.

Adam elə zənn edir ki, yağışlar yağıb, çatlaqlar örtülüb. Yox, İlqar, Sərdar Cəlaloğlu sənin üzünə elə yağış kimi tüpürdü ki, bu haqqın olan tüpürcək topası üzündən heç zaman silinməyəcək. Üzündə şram kimi qalır əbədi.
Bir qaydadır bu – adətən, üzüşramlılar belə hoppanıb düşür. Az hoppan ay bala, məhkəmənin stenoqramını yayaram, gedib özünü asarsan…”

“Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?”

ilqar

İlqar Altay isə bu yazıya “Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?” başlığı altında cavab verib. Yazıdan sitat: “Guya 2003-cü il məsələsində Cəlaloğlu mənim üzümə tüpürüb. Köhnə çürük mövzunu ortaya atmağın bu günkü məsələyə nə aidiyyəti? Və məni heç nədən, bir kəlmə acı söz işlətmədiyim halda üzümə tüpürtdürüb, təhqir edib. Elə isə, qoy bəri başdan deyim…

Rauf Arifoglu, əgər həqiqətən Sərdar Cəlaloğlu mənim üzümə tüpürübsə… (Zəruri redaktə-red.)
Qaldı ki, satqınlıq… Əvvəla, ay …., yadına gəlir, 17 oktyabr 2003-də, tuthatut vaxtı Mətbuat Klubunda qorxundan əsə-əsə yaxınlaşdın ki, məni tuturlar, necə və hara gizlənim? Mən də dedim gedək yaxında, Xaqani küçəsindəki ofisimin zirzəmisində gizlən, hava qaralanda xəlvətcə Norveç səfirliyinə ötürüm… Sən ən ağır işgəncələr dövrū siçovul kimi səfirlikdə gizləndin, biz isə həbs edildik. Həmin ağır repressiya maşını altında İqbalı İsa Qəmbərə, məni də Sərdar bəyə qarşı ifadə verməyi məcbur etdilər.

Bəs sonra məhkəmədə, sənin və qalan 7 nəfərin qarşısında nə oldu, ay vicdansız? Mən, vicdanım götürməyib, neçə dəfə hakimlər qarşısında tam imtina etdim ifadədən. Hakimlər narazı, sizlərsə razı qaldınız, sağol dediniz. Sonra dərhal “Azadlıq” qəzeti də “İlqar Altay ifadəsindən imtina etdi” başlıqlı məqalə ilə çıxış etdi. Qəzet arxivdədir, qaldır bax, ay…”

İlqar Altay daha sonra yazır: “Mən müstəqil, öhdəliksiz insan, bir tək ifadəm ilə həmin odlu-alovlu anlarda 1-2 nəfərə müvəqqəti başağrısı gətirdimsə, sən sakit, rahat və məcburiyyətsiz dövr və şəraitdə Müsavat Partiyası və bütün müxalifəti satmağın, İlham Əliyevə təslim olub, Milli Şura, AXCP-yə qara yaxıb, ara vurub, bütün müxalifəti bir-birinə qatmağın, Əvəz Zeynallı, Xədicə İsmayıl və digərlərinin tutulmasındakı rolunla bütün Azərbaycan demokratik düşərgəsini alt-üst etdin…

Daha bir məsələ. Sən Rauf Arifoğlunun o vaxt satqınlığı üzə çıxanda, Arif Hacılı ilə xeyli bərk mübahisəniz oldu Müsavatın qərargahında. O zaman Arif bəy hirslə sən satqının üzünə loxma ilə tüpürmək istəyib, ancaq son anda bu addımı atmayıb. Sonradan izah edib ki, o sifət üçün tüpürcəyimə heyfim gəldi! Bu dəqiqdir… Hələlik bu qədər… İndi davam et, yaz Rauf və cavabını artıqlaması ilə al…” (azpolitika)

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam