Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısına qarşı kampaniyada nazirin “əli”

 

Lütvəli Babayevə qara yaxanların arxasında Ziya Məmmədov durur

   "Xeberinfo.com": Zərdab rayonunun icra başçısı Lütfəli Babayevə qarşı aparılan qara piarla bağlı araşdırmalarımız müdhiş həqiqətləri üzə çıxarmaqdadır. Bu mövzuda qəzetimizin 23 avqust 2014-cü il tarixli, sayca 151-ci nəşrində dərc olunan məqalədə sadaladığımız faktlar öz təsdiqini tapmaqla yanaşı, yeni təfərrüatlar da üzə çıxmaqdadır. Sadiq oxucularımız xatırlayarlar, avqust ayının 21-də səhər saatlarında Fəqan Nəsibov adlı şəxsin özünü metronun «Koroğlu» stansiyası yaxınlığındakı körpüdən atmağa cəhd etməsinin səbəbləri barədə mülahizələrimizi bölüşmüşdük.


  İgid bir dəfə ölər


     İctimaiyyətin diqqətini özünə cəlb etməyi bacaran Fəqan Nəsibov baş prokurorun qəbuluna düşməyə müvəffəq olsa da, millət vəkili Qənirə Paşayeva ilə görüşmək istədiyini bildirmişdi. Bu istəyin səbəbi anlaşılandır. F.Nəsibov əslən Qazaxdan, Q.Paşayeva ilə Qazaxa qonşu olan Tovuz rayonundandır. Qəribə burasıdır ki, Milli Məclisin deputatlarından Zərdabla, Qazaxla əlaqəsi olmayan bəziləri də bu insidentə baş qoşublar. Götürək elə, deputat Fəzail Ağamalını. Ana Vətən Partiyasının sədri KİV-ə verdiyi açıqlamasında icra başçısının vətəndaşı intihar həddinə çatdırmasının xoşagələn hadisə olmadığını və bu cür məmurlarla bağlı ciddi tədbirlərin vaxtının çatdığını söyləmişdi: «Vətəndaşı öz həyatına qəsd etməyə vadar eləyən məmurun hərəkəti nifrətə layiqdir. Çox təəssüflər olsun ki, bu gün yerində olmayan məmurlar var». Bizə maraqlı olan isə bu hadisələrdə seyrçi mövqedə dayanan Zərdab rayonundan seçılmış deputat Jalə Əliyevanın mövqesizliyidir. Onun seçkılərində min bir əziyyət çəkən, müxalifətlə mübarizə aparan Lütvəli Babayevin “vurulması” sankı xanım millət vəkilinin ürəyincədir. Axı deyilənə görə bu deputat da seçiciləri tərəfindən “gündüz çıraqla axtarılanlardandır”. Fikrimizcə bu hadisələrdə ən azından o öz münasibətini həmkarı Fəzail Ağamalıya bildirməliydi.

   Xoruzun quyruğu


Bu yaxınlarda seçiciləri tərəfindən mətbuata 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilmiş Fəzail Ağamalı ilə bağlı ilginc ittihamlar irəli sürülmüşdü. Həmin məlumatlarda deyilirdi ki, seçicilər Fəzail Ağamalını sonuncu dəfə nə zaman gördüklərini xatırlamırlar. Onlar deyirlər ki, deputatı seçicilər seçsələr də, Fəzail Ağamalı həmişə onların səsinə hörmətsizlik edib. «Belə millət vəkili olar? Biz onu tapa bilmirik. Nə rayona gəlir, nə də bizimlə görüşür. Problem ondadır ki, Bakıya onunla görüşə gedənləri də qəbul etmir. Deyir ki, köməkçisi ilə görüşək. Həm də qəbul etdiyi adamlara qarşı kobudluq da edir. Fəzail Ağamalı anlamalıdır ki, bizim qarşımızda oturub, bizi dinləməlidir».Həmin məlumatda Fəzail Ağamalıya qarşı bir sıra ittihamlar da səslənib. “Ölkənin bütün çınqıl zavodları onundur. Salyanda, Yevlaxda, ayrı-ayrı rayonlarda onlarla obyekti, restoranları, zavodları var. Beyləqanda heyvandarlıq fermarları mövcuddur. Təbii ki, bu qədər sərvəti və imkanı olan şəxsin bizimlə görüşməyə vaxtı olmaz. Olan vaxtını da elə həmin işlərin görülməsinə sərf edər. Həm də ildə üç dəfə Ukraynanın “Morşin” sanatoriyasında kef edən, rayonumuzun hesabına qazandığı pullarla oğluna aldığı obyektlərin sayını bilməyən bir millət vəkilinin bizi kimi kasıblarla nə işi var?!”.Fəzail Ağamalının təmsil etdiyi bölgənin - Salyanın kifayət qədər problemi var. «Seçiciləri» onu «gündüz əllərində çıraq» axtarsalar da, qərargahında tapmır, qəbuluna düşə bilmirlər. Deputat salyanlıların müraciətlərinə qeyri-həssas yanaşır, onların dərdlərini dinləmir, problemlərinin həllinə yardım etmir. Bəs elə isə ona nə düşüb ki, Zərdabın icra başçısı L.Babayevə qarşı 65 min dollar tələbi irəli sürən iş adamı F.Nəsibovun qovğasına müdaxilə etsin. Daha əvvəl məmur özbaşınalıqlarına etiraz edərək özlərini yandıranların halına niyə acımırdı Fəzail Ağamalı? Olmaya, bu qeyri-real borcun geri qaytarılacağı təqdirdə millət vəkillərinə həmin o 65 min dollardan əhəmiyyətli pay düşəcək.Bizim öz fərziyyəmiz var və bu versiyanın mülahizədən daha çox həqiqətə yaxın olduğunu yəqin oxucular da təsdiqləyərlər. Amma F.Ağamalının «bu gün yerində olmayan məmurlar var» sözləri onu və qoşulduğu kampaniyanın üzvlərini ifşa edir, niyyətlərini bəyan edir. Belə çıxır ki, təşkilatçılar artıq səhnədən kənarlaşdırmaq istədikləri Lütfəli Babayevin yerinə öz namizədlərini də tapıblar. Oğru elə bağırdı ki… Apardığımız araşdırmalar, eləcə də bu mövzuda yazdığımız ötən məqalə işıq üzü görəndən sonra redaksiyamıza daxil olan informasiyalardan, həmçinin İlham Mehrəliyev adlı vəkilin təqdim etdiyi sənədlərdən bəlli olur ki, Nəsirov Fəqan Sabir oğlu heç də özünü ictimai rəyə sırışdırdığı kimi məsum deyil. O, hətta öz dayısı Məmməd Tağıyevin oğlu Namiqi də aldatmış, ona ev almaqda vasitəçilik xidməti təklif etmiş, lakin Namiqin xəstə yatdığı vaxt hərəkətsizliyindən istifadə edərək, pul məsələsində kələk gəlib. Namiq Tağıyev xəstəxanadan çıxanda ona məlum olub ki, Fəqanın əli ilə ondan 30000 manat pul alan «Kamran» MMC-nin işçiləri məsuliyyətə cəlb olunublar. Fəqan ev sövdəsini təsdiqləyən sənədin əslini Namiqdən alıb, sonra isə qaytarmaq istəməyib. Onların mübahisəsi Ağır Cinayətlər üzrə Məhkəmədə dartışılıb. Fəqan məhkəməyə polis gücünə gətirilib. Məlum olub ki, o, firmada yalnız MMC-nin hüquqşünası Əfsər adlı şəxsi tanıyıb, sənədi də ondan alıb. Namiqin vəkili İlham Mehrəliyevvəsatət qaldırıb ki, onların Fəqandan zərərçəkmiş qismində tanınmasını təmin etsin.


Triada


Lütfəli Babayevə qarşı aparılan çirkli piar kampaniyasını stimullaşdıran qüvvənin kimliyini araşdıranda ilk növbədə onun Mingəçevirdə başçı işləyərkən birinci müavini vəzifəsindən kənarlaşdırılmasına nail olduğu Ramiz Göyüşovun adı çıxır. Etibarlı mənbələrdən aldığımız məlumata görə, iş adamı Fəqan Nəsibovun Mingəçevir şəhər rəhbərliyində ən çox ünsiyyətdə olduğu vəzifəli şəxs də məhz Ramiz Göyüşov olub. Hazırda paytaxtın Binəqədi rayon rəhbərliyində yüksək vəzifədə çalışan Ramiz Göyüşov öz ambisiyalarından əl çəkməyib və əlinə düşən hər fürsətdən istifadə edərək, Lütfəli Babayevin «vurulmasına» nail olmaq istəyir. Məqsədi də onun vəzifəsini ələ keçirməkdir. Əslən həmyerli - qazaxlı olan Fəqan Nəsibovla Ramiz Göyüşovun apardıqları kampaniyaya dəstək verən üçüncü şəxs isə Lütfəli Babayevlə münasibətləri gərilmiş Zərdab RİH başçısının sabiq müavini Tofiq Abdullayevdir.


Başçını prezident təyin edir, hansısa nazir və ya onun bacanağı yox!


Babayevə qarşı kampaniya yürüdən üçlüyün «güvəndikləri dağ» da var. Apardığımız dərin araşdırmalardan dolayı əldə etdiyimiz səhih məlumatlara görə onlara apardıqları işin uğurla yekunlaşacağını vəd edən, el dili ilə desək «vur deyən» şəxs də Qazax rayonundandır. Söhbət Göyüşovlarla qohumluq əlaqəsi olduğu bildirilən həmyerlisi Rafayıl Ələsgərovdan gedir. ORafayıl müəllimdən ki, hörmətli nəqliyyat naziri Ziya Məmmədovun bacanağıdır və qardaşı ilə də qudadır. Beləliklə, «kələfin ucu» bu məsələdə də Məmmədovlara gedib çıxır. Yadınızdadırsa, bir ara Məmmədovların kurasiyasında olan Ucar rayonunun Təhsil Şöbəsi müdiri olan qohumları Fuad İsrafilova da Zərdaba başçı vəzifəsinə gətiriləcəyinin vəd olunmasına dair informasiyalar gündəmə sızmışdı.Qəribədir, bütün bunlar adamda elə təəssürat yaradır ki, sanki həyatda hadisələr «Böyük dayaq» bədii filmində olduğu kimi cərəyan edir. Salmanlar, kələntərlər, lalhüseynlər, yarməmmədlər sözü bir yerə qoyub sədr Rüstəm kişinin yıxmaq istəyirlər, barəsində böhtan, hədyan yayırlar. Daha unudurlar ki, vəzifəyə təyinatı möhtərəm Prezidentimiz verir, daha hansısa nazir və ya onun bacanağı yox.


  Mövzunun davamı olacaq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam