Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ordumuzda erməni polkovniki?

 

Ekspert Üzeyir Cəfərov Hərbi Prokurorluğa etdiyi müraciətlə bağlı dünən 4 saata yaxın dindirilib.
 
"Xeberinfo.com": Məlumata görə, bu barədə hərbi ekspert özü Feysbuk profilindən məlumat verib. Ü.Cəfərovun sözlərinə görə, Hərbi Prokurorluqda iş ciddi surətdə araşdırılır.
 
Hərbi ekspertin qaldırdığı məsələ Rusiya Federasiyasının vətəndaşı ola-ola Azərbaycan Silalı Qüvvələrinin Hərbi Akademiyasında mühüm vəzifədə çalışmış general Bağır Fətullayev və erməni əsilli polkovnik Seyran Qaffarovla bağlıdır. Ü.Cəfərovun iddiasına görə, Bağır Fətullayevin məxfi qrifli məlumatlarla sərbəst tanış olmaq imkanı verilib. Polkovnik Qaffarov isə Xocalı faciəsində iştirak edən 366-cı motoatıcı diviziyanın ermənilərə yardım edəcəyi ilə bağlı məlumatlı olmasına baxmayaraq, bunu gizlətməkdə və sonradan Azərbaycan SQ-də etimad göstərilməsində ittiham edilir:
 
“Anası erməni millətindən olan polkovnik Seyran Qaffarovla bağlı maraqlı araşdırmalara başlanılıb. Burda çox ciddi məqamlar olduğuna görə, düşünürəm ki, bir sıra həqiqətlər ortalığa çıxacaqdır. Onun Xocalı qətliamı zamanı Tiflis şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Əməliyyat idarəsində mühüm vəzifədə çalışması, Rusiyanın 366 motoatıcı alayının ermənlərə köməklik göstərəcəyi ilə bağlı məlumatları olduğu halda, niyə əsl azərbaycanlı kimi lazım olan addımları atmaması, sonradan onun MN-nin Baş İnspeksiyasına, Hərbi Elmi Mərkəzinə, daha sonra isə bu yaxınlara qədər SQ Akademiyasında mühüm vəzifədə saxlanılması araşdırma mövzusudur”. 
 
Ü.Cəfərov qeyd edir ki, müraciətini ədliyyə polkovnik-leytenantı Azər İbrahimov araşdırır.
 
Xatırladaq ki, Ü.Cəfərov dəfələrlə Azərbaycan Silahlı Qüvvələrindən düşmənə informasiya sızdırılması şübhələrini ifadə edib və bu fikirlərinin əsassız olmadığına inandığını bildirib. Hazırda isə araşdırmalar zamanı ciddi nəticələr ortaya qoyulacağı ilə bağlı anons da edib…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam