Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Həyəcan təbili ... Azərbaycanı yeni bəla təhdid edir

Azərbaycanı yeni bəla təhdid edir

 

"Spirtli və enerji içkiləri  çox təhlükəlidir, infarkt riskini artırır".

Yenixeber.org: Bunu Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov bildirib: 

"Hazırda siqaretlə yanaşı, insan orqanizmi yeni bir bəla ilə qarşılaşıb. Bu da müxtəlif enerji içkiləridir. Milli Məclisdən, deputatlarımızdan enerji içkilərinə aksiz tətbiq edilməsini xahiş edirik. Bu məhsulların istifadəsinin azaldılması üçün vergi artırılmalıdır. ABŞ-dan enerji içkilərindən istifadə səbəbindən ölüm xəbərləri gəlməkdədir. Bizdə, enerji içkilərindən ölümcül hala düşən üç xəstəmiz olub. Onları çətinliklə həyata qaytara bildik. Ölümcül aritmiyalar olur. Gün ərzində birdən artıq enerji içkisi qəbul etdikdə problem yaranmağa başlayır. Enerji içkiləri çox asılılıq yaradır. Ona görə də, həyəcan təbilinin çalınması çox vacibdir. Şöbə müdirinin sözlərinə görə, müxtəlif adlar altında istehsal olunan enerji içkilərinin zərərliliyi baxımından heç birində fərq yoxdur:."Qadınlar üçün istehsal olunduğu deyilənlər də zərərlidir. Hamısı satış üçün hesablanıb. Enerji içkilərindən zərər görən xəstələr arasında qadınlar da var. Alkoqollu içkilər, siqaretlər kimi enerji içkiləri ilə bağlı reklamlar da yığışdırılmalıdır". 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 3 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərinin standartını hazırlayıb və enerji içkilərinin satışı qadağan edilib:

"Bunun özü onu göstərir ki, enerji içkiləri, xüsusən kiçik yaşlı uşaqlara məsləhət görülmür. Enerji içkisinin nə qədər təhlükəli olduğunu bilmək istəyirsinizsə, səhər çıxın Bakı bulvarına, görün ağ mərmərin üzərinə tökülmüş enerji içkisi necə qır kimi sıxlaşıb. Heç onu təmizləmək mümkün deyil".

Ekspertin fikrincə, istehlakçılar ayıq olmalı, belə qidaları almamalı, boykot etməlidirlər: "Həddindən çox təəccüblənirəm ki, Azərbaycanda bəzən həyata keçirilən böyük sağlamlıq yarışlarının, məsələn, velosiped yarışlarının sponsoru enerji içkisinin distribiyutorları olur. Bu, anormal bir haldır. Sağlam həyat tərzi hara, velosiped sürmək hara, enerji içkisinin sponsorluq etməyi hara? Bunlar anormal şeylərdir, gərək, sıradan çıxsın".//Sputnik.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam