Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Enerji içkilərinin fəsadları...– Deputatdan xəbərdarlıq

Enerji içkilərinin fəsadları...

 

 

Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularında biridir. Məktəb yaşlı uşaqların əllərində bu içkilərin çox sayda müşahidə edilməsi mövzunu əhəmiyyətli edən səbəblərdəndir

 

Yenixeber.org: Bu sözləri millət vəkili Vüsal Hüseynov qeyd edib. O bildirib ki, enerji içkisinin vahid anlayışı olmasa da, ümumi olaraq tərkibində əsas elementi kofein olan və digər enerji artıran maddələri cəmləşdirən içkilər başa düşülür:

“Bu içkilərin zərəri əsasən tərkibində olan kofeinlə əlaqələndirilir və ümumən sağlamlığa zərərli olması qəbul edilir. Bu səbəbdəndir ki, bir çox ölkələrdə bu məhsulların istehlakı qanun və ya qaydalarla tənzimlənir. Bu tənzimləmə eyni zamanda enerji içkilərinin reklamı və satışını da əhatə edir”.

Millət vəkili vurğulayıb ki, 2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 mq. və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir:

“2014-cü ildən bu qayda daha da sərtləşdirilir və müəyyən edilir ki, 100 ml-də 1 mq. və daha artıq kofein olan enerji içkilərinin üzərində “Yüksək kofein tərkiblidir. Uşaqlar, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur” yazılmalıdır. Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada qadağan olunmasına səbəb olmuşdur. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir”.

Millət vəkilinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində enerji içkilərinin reklamı, yayılması və satışına qarşı tədbirlərin görülməsi tövsiyə olunur:

“Bu tövsiyələrdən birincisi enerji içkilərinin tərkibində olan kofeinin icazə verilən son həddinin müəyyənləşdirilməsidir. Eyni zamanda enerji içkilərinin tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq, uşaqlara bu cür içkilərin satışının qadağan olmasının vacibliyi bildirilir. Bundan başqa insanlar arasında bu içkilərinin yaratdığı fəsadlar və zərərləri barədə geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanır. Azərbaycanda da bu tövsiyələrin hər bir istiqaməti üzrə tədbirlər görülməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam