Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Enerji içkiləri ürəyi dayandıra bilər -Həkimdən xəbərdarlıq

 

Enerji içkiləri ürəyi dayandıra bilər - Həkimdən xəbərdarlıq

“Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər”.

Yenixeber.org: Bunu açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib. O, bildirib ki, enerji içkilərinin uşaqlar tərəfindən istifadəçi olduqca təhlükəlidir, valideynlər bu məsələdə diqqətli olsunlar.

“Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün gəlir”. 



A.Qeybulla qeyd edib ki, problemin həlli yolu ərzaq və dərman təhlükəsizliyi konsepsiyasının yaradılmasındadır.

“Bu, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. İstər dərman preparatlarının, istərsə də qida məhsullarının istehlak qaydaları vətəndaşlara izah edilməlidir. Bu, çox vacib məsələdir. Enerji içkilərin ziyanlı olması ilə bağlı məsələnin qaldırılması mütləqdir və mən bunu dəstəkləyirəm. Vətəndaşlar mümkün qədər belə içkilərdən istifadə etməsinlər, bunun təhlükəli olduğunu dərk etsinlər”.(azvision)

Anar Kəlbiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam