Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yaxın Şərq xəritəsi “müasir 40 hərami” tərəfindən çəkilib

Yaxın Şərq xəritəsi “müasir 40 hərami” tərəfindən çəkilib

 

Xeberinfo.com:   Tarixçilər Yaxın Şərqdə baş verən müharibələrin səbəbi kimi 20-ci əsrin əvvəlində çəkilən süni sərhədləri göstərirlər. Osmanlıdan sonra bölgədə qurulan dövlətlər tarixi sosioloji və ya coğrafi həqiqətlər üzərində inşa olunmadı. Britaniya İmperiyasının maraqları əsasında, başda İraq və Suriya olmaqla, yeni sərhədlər çəkildi.

 

Bir çox siyasi analitiklər Yaxın Şərqi İngiltərə ilə Fransa arasındakı gizli Says-Piko sazişinin formalaşdırdığını zənn edirlər. Əslində isə 100 ildir ki, bölgəni oda atan xəritə Qahirə konfransında bir çox ingilis diplomat, hərbçi, cəsus və siyasətçilərin iştirakı ilə çəkilmişdir. Həmin dövrün müstəmləkələr naziri Uinston Çörçil Osmanlı torpaqlarını kağız üzərində parçalayan bu heyəti "40 hərami" adlandırmışdır.

 

19-cu əsrin əvvəllərində Osmanlı İmperiyasının parçalanması sürətlənmişdi. Dövrün üç böyük imperialist dövləti - İngiltərə, Fransa və Rusiya 20 milyon km2-lik torpağı ələ keçirmək üçün amansız yarışa girmişdilər. Tarix kitablarına üç tərəfli yarış kimi əks olunsa da, əslində, bu ittifaqın rəhbəri və qərar verəni hər zaman Britaniya İmperiyası olmuşdur. Müharibə və sülh qərarları Londonda verilir, torpaq bölgüsündə son sözü ingilis dövlət xadimləri deyirdi. I Dünya müharibəsinə qədər keçən bir əsrdən çox vaxtda Osmanlı torpaqlarının dörddə üçü bu dövlətlər arasında bölüşdürüldü. Şimali Qara dəniz və Qafqaz ruslara qaldı. Balkan ölkələri İngiltərənin himayəsində “müstəqil dövlətlər” oldular. Şimali Afrika geniş nisbətdə ingilis nəzarətinə keçdi. Fransızlar Əlcəzairi ələ keçirdilər. Bu bölgüdən Avstriya-Macarıstan İmperiyasına "susmaq payı" kimi Bosniya və Herseqovina verildi.

 

I Dünya müharibəsi davam etdiyi ərəfədə, 1916-cı ildə İngiltərə, Fransa və Rusiya geriyə qalan torpaqlar üçün bağlı qapılar arxasında Says-Piko-Sazanov sazişi imzaladılar. Oktyabr inqilabından sonra Rusiya sazişdən çıxdı. Sazişin adı da Says-Piko olaraq yeniləndi. Müharibədən sonra Böyük Britaniya Fransanı da kənara ataraq öz sərhədlərini formalaşdırmağa qərar verdi. Bu məqsədlə 1921-ci il 12 mart tarixində  Qahirədə, Semiramis otelində konfrans təşkil edildi. İclasın sədri İngiltərə müstəmləkə naziri Uinston Çörçil idi. İclas ciddi gizlilik şəraitində keçirildi. Nə mətbuatda, nə də iştirakçıların xatirələrində öz əksini tapdı.

 

İngilis vətəndaşlarından ibarət «40 hərami» içərisində ingilis cəsuslar – arxeoloq Gertruda Bel və T. E. Lorens, bunların yerli müttəfiqləri Cəfər əl-Əsgəri, Sassoon Hasqauil, ingilis işğal komandirləri general Edmand Alenbay, marşal ser Hugh  Trençard, Hubert Yanq, ingilis mülki işğal rəhbərləri Herbert Samuel, Fransis Arşer, Arnold Uilson, Bağdadın siyasi komissarı ser Persi Koks kimi adlar var idi.

 

Bu gün Yaxın Şərqin yaşadığı problemlərin əsasını Qahirədəki konqresdən sonra tətbiq edilən qərarlar təşkil edir. Həmin icasda qəbul edilən qərarlara əsasən, Osmanlı torpaqları bu cür bölüşdürüldü:

 

  1. Fələstin bölgəsi İngiltərə mandatında qalmalı idi. Haşimi ailəsindən Abdulla İordaniya kralı olmalı idi.
  2. Livan və Suriya müvəqqəti olaraq fransız rəhbərliyinə verilməli, buradakı sistemi Fransa müəyyənləşdirməli idi.
  3. Hicaz bölgəsini Məkkə şərifi Hüseyn almalı idi.
  4. Ərəbistan yarımadasını və Nəcdi İbn Suud ailəsi almalı idi.
  5. İbn Suud ailəsi və Məkkə şərifi İngiltərədən pul yardımı almağa davam etməli idi.
  6. İngilis hava qüvvələri bütün regionun təhlükəsizliyindən məsul olmalı idi. (Bu vəzifə istiqamətində ingilislər Yaxın Şərqdə minlərlə yaşayış sahəsini bombaladı, on minlərlə günahsız mülki şəxsi şəhid etdi.)
  7. İraq krallığının başına isə Haşimi ailəsindən ərəb üsyanını başladan şərif Hüseynin oğlu Faysal gətirilməli idi.

 

İclasdakı ən mühüm qərarlardan biri İraq dövlətinin qurulması idi. Tarixdə heç vaxt İraq adlı ölkə olmamışdı. İraqlı kimi səciyyələndirilən bir millət də yox idi. Həmin bölgə tarix boyu Mesopotamiya adlandırılmışdı. “Dənizdən uzaq ölkə” mənasına gələn İraq ilk dəfə bu iclasda dilə gətirildi. «40 həraminin» İraq kralı olaraq təyin etdiyi Faysal Haşimi ailəsindən idi və Suriya kralı seçilmişdi. Suriyanın idarəçiliyi Fransaya verildikdə Faysala da İraq kralı olmaq qaldı. Faysal mesopotamiyalı deyildi, hicazlı idi. Bir gün belə İraq torpaqlarında yaşamamış bir insan həmin torpaqlara kral təyin edilmişdi.

 

Kral Faysal İraqa təyin olunduğu zaman böyük qarışıqlıq hakim idi. Bir-biri ilə rəqabət aparan türk, ərəb və kürd camaatı İngiltərənin mandat idarəçiliyinə qarşı ayağa qalxdılar. İngilislər təqribən 40 milyon funt-sterlinq xərcləyərək bu üsyanı yatıra bildilər və kralı başa gətirdilər.

 

Kral Faysaldan etibarən bu günə qədər İraqda 15 inqilab oldu, şiə və kürd qətliamları baş verdi. Təqribən 50 il müddətində ölkə diktatorlar tərəfindən idarə edildi. İraq torpaqları 2 dəfə işğal olundu. Bütün böyük şəhərlər dağıdıldı. Təkcə İran müharibəsində ölən iraqlıların sayı 500 000 idi. Süni olaraq qurulduğu gündən bəri ölkədən qan və ölüm əskik olmadı.

 

Oxşar tarix Suriya, Livan, İordaniya, Fələstin, İsrail və Yəməndə də yaşandı. Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən isə daxili qarışıqlıq və siyasi qeyri-sabitlik əskik olmadı.

 

Qahirə iclasında qəbul edilən qərarları tətbiq etmək üçün İngiltərə Hava Qüvvələrinə məxsus təyyarələr işə qoşuldu. Suriya, İordaniya, Yəmən, İraq və Fələstindəki üsyanlar ən ağır şəkildə yatırdıldı. Şəhərlər, qəsəbələr, kəndlər bombalandı. Qahirə iclasından sonrakı 100 il boyu xristianlar, yəhudilər və müsəlmanlar sonu gəlməyən müharibələrdə həyatlarını itirdilər. Şiələr, sünnilər, vəhhabilər, nusayrilər qardaş olduqlarını unudub, bir-birini qətlə yetirdilər. Ərəb, yezidi, süryani, türkmən, kürd qadın və uşaqlara amansız zülmlər edildi. «40 həraminin» formalaşdırdığı xəritələr səbəbindən Yaxın Şərqdəki milyonlarla əhali öldürüldü.

 

Həmin gün çəkilən xəritə bu gün hələ də formalaşdırılmağa çalışılır. Bu, hələ də qan, müharibə, nifrət və münaqişə ilə həyata keçirilir. Bu mənzərəni dəyişdirməyin isə bir yolu var: bölgə xalqının, dini, dili, irqi nə olursa olsun, fərqlilikləri nemət olaraq qəbul edib, qardaş olduqlrını xatırlamaları.

 

Məzhəb savaşları içərisində boğulan müsəlmanlara bu məsələdə böyük iş düşür. Müsəlmanlar məzhəb qarşıdurması adlandırılan parçalanmanın süni münaqişədən ibarət olduğunu anlamalıdırlar. Həmçinin digər dinləri də qorumalıdırlar. 100 ildir ki, davam edən müharibəni sona çatdıracaq və Yaxın Şərq üzərində oynanılan oyunları dayandıracaq yeganə həll yolu budur.

 


Adnan Oktar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam