“Dostluq ordeni” -Yeni dövlət katibi ilə bağlı narahatlığa əsas varmı?
“Rusiyanın “Dostluq ordeni”nin verilməsi Putinlə dostluq anlamına gəlmir”
Xeberinfo.com: ABŞ-ın seçilmiş prezidenti Donald Tramp tərəfindən dövlət katibi postuna namizəd göstərilmiş “Exxon Mobil” neft şirkətinin başçısı Reks Tillersonun Rusiya ilə əlaqələri ilə bağlı yaranmış narahatçılığa bir neçə əsaslı səbəb var. Ancaq 2013-cü ildə aldığı “Dostluq ordeni” Tillersonun nailiyyətlərindən biridir.
Tillerson bu mükafatı Rusiyanın dövlət neft şirkəti “Rosneft”lə sövdələməsindən sonra alıb. Həmin sövdələşməyə görə, şirkətlər Arktikadakı Kara dənizində “Exxon Mobil”in tapdığı yataqda qazma işləri aparacaqlar. Onlar, həmçinin Qərbi Sibirin Arktik şelfindən və Qara dənizin dərin şelfindən şist nefti yataqlarında kəşfiyyat işlərinin həyata keçirilməsində razılığa gəliblər. Amma iş ondadır ki, Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra ABŞ sanksiyaları qüvvəyə mindi və bu əməkdaşlıq dayandırıldı.
Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem Putin tərəfindən Tillersonun mükafatlandırılmasını “həyəcanverici” adlandırıb. Ancaq onu da qeyd etmək lazımdır ki, texaslı Tillerson Rusiyanı fəth edən ilk amerikalı deyil.
Putin tərəfindən ilk “Dostluq ordeni” 2004-cü ildə pianoçu Van Klibernə təqdim olunub. Bu, hər şeydən öncə Van Klibern 1958-ci ildə Moskvada keçirilən Çaykovski adına beynəlxalq müsabiqədə birinici yeri tutduğuna görə verilib.
Bu orden 1994-cü ildə Boris Yeltsin tərəfindən təsis olunduqdan sonra, onu az tanınan bir neçə amerikalı – tarixçilər və ABŞ Milli Basketbol Assosiasiyasının məşqçisi (bəzilərinin fikrinə görə, o lazımı uğur qazanmayıb) bu ordenlə təltif olunublar.
Amerikalı basketbol məşqçisi Devid Blattda bu ordenə layiq görülənlər sırasındadır. D.Blatt “Klivlend Kavalers” komandasında, özünün ikinci məşqçilik mövsümündə yanvar ayında komandadan çıxarılıb. Ancaq onun komandası ”Klivlend Kavalers” öz divizionunda birinci yeri tutaraq mübarizəni davam etdirib və ümumi yekunda 2016-cı il NBA çempionu titulunu qazanıb. Lakin Klivlend üçün uğurlu olmayan bir şəxs, Rusiya üçün çox dəyərli, mühüm insan sayılıb. Belə ki, 2014-cü ildə Blatt 2006-2012-ci illər arasındakı dövrdə Rusiyanın baş məşqçisi olduğu zaman göstərdiyi nailiyyətlərə görə “Dostluq ordeni”nə layiq görülüb. Rusiya yığma basketbol komandası onun rəhbərliyi altında 2007-ci ildə Avropa çempionatında qızıl, 2012-ci ilin yay olimpiadasında isə bürünc medal alıb.
Bundan başqa 2006-cı ildə “Dostluq ordeni” ilə Minneapolis şəhərindəki “Rus incəsənəti muzeyi”nin banisi Reymond Conson da mükafatlandırılıb. Amma Consonun özü uzun müddət əmin idi ki, Rusiya onu düşmən sayır. Çünki o və arvadı keçmiş Sovet İttifaqının hüdudlarından kənarda rus realist boyakarlığının ən böyük şəxsi kolleksiyasını əldə ediblər.
Rusiyanın “Dostluq ordeni”ni almaq üçün mütləq Vladimir Putinin yaxın dostu olmaq heç də vacib deyil. Həm də ki, planetimizin hər yerində iş görən dünyanın ən nüfuzlu şirkətlərindən birinin rəhbəri olmuş Reks Tillerson üçün.
(“Washington Post”)