Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bir neçə nazirlikdə "təmizləmələrə" başlanılacaq

 

Dövlət qurumlarında kök atan «gülənçilər»in həbsi gözlənilir

Xeberinfo.com:   Referendumdan sonra bir neçə nazirlikdə təmizləmələrə başlanılacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, təmizləmələr “Gülən əməliyyatı” çərçivəsində aparılacaq.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra bu ölkədə “Gülən əməliyyatı”na start verilib. Bu əməliyyatlar çərçivəsində “SOCAR Türkiyə” şirkətinin rəhbəri Sadəddin Qorqud və şirkətin xeyli sayda işçisi də həbs olunub. Türkiyə mətbuatı Gülən tərəfdarlarının güclü dayaqlarının olduğu ölkələrdən birinin də Azərbaycanın olduğunu yazır. Rəsmi Ankara da bir neçə dəfə Azərbaycan rəhbərliyinə “gülənçiləri” zərərsizləşdirməyi xahiş edib. Hətta bəzi iddialara görə, Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycana birgə əməliyyat keçirməyi təklif edib.

Məlumata görə, Azərbaycan Türkiyə rəhbərliyindən referenduma qədər vaxt istəyib. Referendumdan sonra Gülənin ölkəmizdəki dayaqlarının zərərsizləşdirilməsi prosesinə start veriləcək.

“Gülənçilər” hakimiyyətə də nüfuz etdiyi üçün komandada da ğəmizləmələr baş verəcək. Bildirilir ki, nazirliklərdə aparılan təmizləmələr hətta rəhbərliyi də əhatə edə bilər.

Prosesin həbslərlə də müşayiət olunacağı gözlənilir.

Redaksiyamıza daxil olan məlumatda təmizləmələrin aparılacağı nazirliklərin də adı qeyd edilib. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik açıqlamırıq.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam