Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəravtoyol”dan daha bir şikayət: “6 aylıq maaşımızı ala bilmirik”

 

 

    Fəhlələr sifarişçi ilə icraçının arasında qalıblar

 

Xeberinfo.com: “Azəravtoyol” ASC son illər dövlətdən vəsait alan qurumlar sırasında bəlkə də birincisidir. Az qala hər ay dövlət başçısının bu yöndə sərəncamını oxuyuruq. Əlbəttə ki, bu təqdirolunası haldır. Nəzərə alsaq ki, hələ də ölkəmizin magistral və kənd yollarında həllini gözləyən problemlər var, onda “Azəravtoyol”un bunca vəsaitə təlabatı da anlaşılan olar. Amma,... bəzən anlaşılması çətin olan nəsnələr də olur.

İki ilə yaxın “Azəravtoyol”un sifarişçisi olduğu Qusar rayonu Ləzə kəndində tunel tikintisində çalışmış 25 qəlib-dəmir ustasının xeberinfo.com-a müraciəti daxil olub.  Rəcəbov Nəriman, Əhədov Məhərrəm, Hətəmov Facir və s.-in müraciətində 6 aylıq maaşlarının verilməməsindən bəhs olunur. Şikayətçilər iddia edirlər ki, icraçı “Texnika A servis” şirkətində 2013 ilin oktyabr ayından 2015-ci ilin mart ayına qədər işləyiblər. Sifariş olunan bütün işlər tamamlansa da, bunların əməkhaqqısı tamamlanmır ki, tamamlanmır.

Biz bu şikayətlə bağlı “Texnika A servis” –in rəhbəri Hikmət Tarıquliyevlə telefon əlaqəsi yarada bildik. Hikmət müəllim hazırda həmən vəzifədə çalışmadığını bildirməklə yanaşı, belə bir problemin varlığını da etiraf etdi: “bu şikayətçilərə mən həmişə diqqətli olmuşam, Həmişə vaxtında maaşları verilib. İndi isə mən o vəzifədən kənarlaşsam da deyim ki, doğurdan da belə bir problem var. 6 aylıq maaş yubanır. Bunun da səbəbi “Azəravtoyol”un vəsaiti “Texnika A servis” –in hesabına keçirməməsidir. Əslində “Azəravtoyol”luq da problem yoxdur, bütün dünyada vəziyyət belədir”(?)    

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən isə sözügedən şirkətə borclu olmadıqlarını bildirdilər: "bizim "Azəravtoyol" olaraq onlara borcumuz yoxdur, bütün ödənişlər vaxtında olur. Şikayətçilərin maaş probleminin bizə aidiyyatı yoxdur".

Müraciəti xırda düzəlişlərlə siz də oxuyun: “Hörmətli redaksiya, biz “Texnika A servis” şirkətində 2013 ilin oktyabr ayından 2015-ci ilin mart ayına qədər Qusar rayonu Ləzə kəndində tunel tikintisində 25 nəfər qəlib-dəmir ustası işləmişik. Lakin son 6 ayda maaşlarımız verilməyib. Biz bir neçə yerə şikayətimizi bildirmişik, lakin üstündən bir ildən artıq keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Bizim iş yoldaşımız Əhədov Məhərrəm tərəfindən Heydər Əliyev Fonduna şikayətimizi bildirmişik, bundan sonra şirkətin rəhbərliyi tərəfindən çağrılaraq maaşımızın yarısının veriləcəyi deyilmişdir. Əvəzində şikayətimizdən imtina etməyimiz tələb olunmuşdur. Üstündən bir gün keçməmiş yenidən zəng olunaraq “artıq gəlmənizə ehtiyac yoxdur” deyilmişdir. Biz dəfələrlə həmin şirkətin rəhbəri Hikmət Tarıquliyevə və onun müavini Nağı müəllimə zəng edib qalıq pulumuzu istəmişik. Hər zəngimizin cavabında 3-4 günə pulumuzun veriləcəyi vədini versələr də bugünə kimi ala bilməmişik. Hörmətli redaksiya xahiş edirik bu barədə bizə köməklik göstərəsiniz”.

 

Sabir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam