Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“1000 manat gətir, maşınını apar”: ittiham

            

 

Daha bir sürücü-yol polisi qovğası

 

Xeberinfo.com: Daha bir sürücü-yol polisi qovğası ilə bağlı məlumat almışıq. Redaksiyamıza Neftçala şəhər sakini Əsgərov Arif Süleyman oğlu üzləşdiyi problemlə bağlı şikayət ərizəsi yazmışdır. Belə ki, Arif Əsgərov iddia edir ki, 14.07.2016-cı il səhər saat 11 radələrində özünün "OPEL" markalı avtomobili ilə Salyan şossesi ilə hərəkət edərkən, 10 YP 252 dövlət nömrə nişanlı "BMV" tərəfindən saxlanılıb. Özünü Məmmədov Oktay kimi təqdim edən DYP əməkdaşı onu "içkili" olmaqda suçlayıb. Sərxoş olmadığını iddia edən sürücünü polis Səbail rayon Yol Polisi Şöbəsinə aparır: "İdarədə məni tibbi müayinədən keçirmədilər və protokol da yazmadılar. “Cəriməsi 1000(min) manatdır get gətir maşınını apar”, dedilər". (qanun-namine.info)
Vətəndaş Arif Əsgərov idarədən ayrılıb müayinə üçün üz tutur Respublika Narkoloji Mərkəzə. Mərkəzdən verilən rəsmi sənəddə onun bir daha içkili olmadığı öz təsdiqini tapıb.
 "Sənədi götürüb təzədən Səbail rayon Yol Polisi Şöbəsinə gəldim. İnspektor Oktay Məmmədova yaxınlaşıb Respublika Narkoloji Mərkəzindən içkili olmadığım haqda arayış aldığımı dedim. Elə bundan sonra inspektor Oktay Məmmədov mənə, “get kimə istəyirsən de, mən heç nədən qorxmuram, maşınına qadın otuzdurub səni biabır edərəm, narkotika atıb tutduraram”, dedi.."
Xeberinfo.com-un əməkdaşı ilə telefon söhbətində yol polisi Oktay Məmmədov ünvanına deyilənləri təkzib etdi: “Bu ittihamlar əsassızdır. Mən bu vətəndaşın alkollu olduğundan şübhələnmişəm. Daha sonra da qanuna uyğun olaraq alkotesterlə yoxlamışam. Məlum olub ki, şübhələrim əsassız deyilmiş. Sonra vətəndaş özü də etiraf edir ki, “dünən axşam iki pivə içmişəm”.

Daha sonra da qanunu izah edib, göstərilən cəriməni xatırlatmışam. Sözsüz ki, müvafiq protokol da tərtib etmişəm. Mən indi anlaya bilmirəm ki, bu nə şər-böhtandır”.

Aydın

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam