Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TÜRKİYƏ: KİMDİR GÜNAHKAR?

 

 

Xeberinfo.com:   Türkiyədə baş verən hadisələrə kənardan baxıb qiymət verməyə, "Kimdir günahkar?" sualına cavab verməyə tələsməyək. Bu nəhəng türk dövləti ən mürəkkəb tarixi dövrünü yaşayır. Heç Birinci Dünya müharibəsində dörd tərəfdən mühasirəyə alınan Osamanlı imperiyası belə siyası qarışıqlıq yaşmamışdı.Çünki ğklənin bütün vətəndaşları (xəyanətkar ermənilərdən başqa) bir nöqtəyə vururdular. Düşmən məlum idi, demək, hədəf də düzgün seçilirdi. İndi Türkiyə o vaxdan da ağır girdaba düşüb. Daxili müdaxilələr, terror, dünya dövlətlərinin Türkiyəyə bilərəkdən ikili standartlarla yanaşması, siyasi çəkişmələr, demokratiya adı altında hərc-mərclik və s. kimi həlli müşkülə çevrilən problemlər ölkəni bir məngənə kimi sıxıaraq, çıxılmaz vəziyyətə salıb. Türkiyə yenə təklənib. Nə ərəb -müsəlman dünyası, nə də türk mənşəli digər dövlətlər səsini çıxarmır. Ən acınacaqlısı da odur ki, Fransada törədilən terror zamanı bütün dünya mediası ağız-ağıza verib bir mövqedən "xəbər paylayırdılar". İndi baxın, yenə dünya mediası baş verənləri "öz arşınıyla" olçüb yayır. Dərdə baxın ki, türk mənşəli , həmçinin ərəb -müsəlman dövlətlərinində də mediası onlardan geri qalmır. Kimdir günahkar? Dövlət başçısımı? Müxalifətmi? Xaricdən dəstək alan PKK-çılarmı,Gülənçilərmi? Hansı tərəfə baxmaq, hansı yolu seçəmək kimi suallara cavab tapmayıb yol ayrıcında qalan sadə xalqmı? Kim dəqiq deyə bilər? Ona görə də tələsməyək. Hər halda nəyin və nə üçün baş verdiyini ailənin içi yaxçı bilir, kənar yox. Biz Türkiyənin salamatlığını və çiçəklənməsini istəyirik. Bizim müxtəlif ehtiallara istinadən yürütdüyümüz döğru, ya da səhv fikirlər də, təbii ki, narahatçılıqdan, Türkiyəyə istəkdən irəli gəlir. Gəlin, tələsməyək!

 

ETİBAR ETİBARLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam