Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Daha bir intihar: Ağcabədi sakini borca görə özünü asdı

Ağcabədi sakini borca görə özünü asdı
Ağcabədidə intihar hadisəsi baş verib. Hadisə ötən gün rayonun Səməd Vurgun küçəsində qeydə alınıb.

 

Xeberinfo.com:   Məlumata görə, 237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. 

Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı var. 

Hazırda faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq. 

Bənzər hadisə son bir neçə dəfə baş verib. Bir neçə gün öncə Gəncədə intihar hadisəsi baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Hüseyn oğlu Yaqubov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Kamal Yaqubovun külli miqdarda borcu olduğu və bu səbəbdən intihar etdiyi ehtimal edilir.

İntihar edən şəxsin iki azyaşlı övladı var və o, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inspektoru olub.

Ağcabədi sakini borca görə özünü asdı
Kamal Yaqubov - özünü asan şəxs

Yanvar ayının 6-da Pirallahıda 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir.
Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam