Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Akif Çovdarovun adamı özünü asdı

 

İki gün əvvəl Abşeron rayon Fatmayı kəndində intihar hadisəsi baş verib. 

Xeberinfo.com:  Məlumata görə, Mehman Nadirov adlı şəxs özünü yaşadığı həyətdəki ağacdan asıb. Əsasən ev və torpaq alğı-satqısıyla məşğul olan M.Nadirovun ölüm səbəbləri barədə dəqiq məlumat olmasa da, bir neçə maraqlı versiya var. 

Yaxın çevrəsindən bildirilir ki, onun canına qəsd etməsi aldığı mənzilləri sata bilmədiyindən külli miqdarda borca düşməsiylə bağlı olub. 

Başqa bir versiyaya görə isə o, son günlər gündəmi zəbt edən MTN-dəki hadisələrlə bağlı intihar edib. Belə ki, məlumata görə, mərhumun Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovla yaxın münasibətləri var imiş. Bildirilir ki, Çovdarovun Abşerondakı bütün istixanalarına məhz o nəzarət edirmiş. Çovdarovun istintaqa cəlb edildiyi və ona yaxın şəxslərin həbs olunduğu barədə məlumatlar yayılandan sonra M.Nadirov təşvişə düşüb. Belə bir vaxtda onun intihara əl atması da çox güman ki, həmin məsələlərlə bağlı olub. 

Xəbərlə bağlı AzNews.az-ın əməkdaşı Abşeron rayon Prokurorluğu və Abşeron Polis Şöbəsi ilə saxlayıb. Prokurorluqdan Mehman Nadirovun intihar etmə səbəbinin araşdırıldığı bildirilib: “Fatmeyi kəndində yaşayan Mehman Nadirov noyabrın 10-dan 11-ə keçən gecə intihar edib. Belə ki, Fatmeyi kəndində ev alğı-satqısı ilə məşğul olan Mehman Sadıqov yaşadığı ünvanda özünü asıb. Hazırda onun hansı səbəbdən özünü asması məsələsi araşdırılır. Ölüm faktı ilə bağlı artıq istintaq başlanılıb. Araşdırmalar yekunlaşdıqdan sonra ölüm səbəbi bilinəcək”. 

Abşeron rayon Polis Şöbəsindən də Mehman Nadirovun hansı səbəbdən intihar etməsiylə bağlı məlumat verilməyib. Şöbədən ölüm səbəbinin araşdırıldığı və istintaqın hələ yekunlaşmadığı deyilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam