Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YAP-da Eldar Mahmudovun adamı kimdir?

eldar-mahmudov-profilGülər Əhmədovanın açıqlamasının izi ilə…

Xeberinfo.com:  Keçmiş deputat Gülər Əhmədovanın hakim Yeni Azərbaycan Partiyasını (YAP) tənqid atəşinə tutması gündəmin əsas mövzularından olaraq qalır. Qeyd edək ki, Gülər Əhmədova siyasətə qayıtdığı və fəaliyyətini Müasir Müsavat Partiyasında davam etdirəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib ki, ən çətin anında bəzi partiyadaşları əllərindən gələn hər şeyi ediblər ki, onu əqidəsindən döndərsinlər:

“Zaman göstərdi ki, onlar səhv addım atdılar, ən çox dəstəyə ehtiyacım olduğu bir dövrdə məni meydanda tək buraxdılar. Bilmədikləri-bildikləri hər mövzuda danışdılar, hətta tənqidlə təhqiri də səhv salanlar oldu. Allahın bir görkü idi ki, Eldar Mahmudov olayına qarışanların içərisində YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri belə çıxdı. Məni bir anın içində az qala ”xalq düşməni” elan edənlər YAP-ın bu qədər yüksək çinli funksionerinin belə bir çetenin içərisində olduğundan qətiyyən “əsəbləşmədilər”, onun ünvanına güldən ağır bir kəlmə işlətmədilər. Bu məni də bir çoxları kimi təəccübləndirdi. Açığı, bunu müxtəlif cür yozanlar oldu. Gülər Əhmədova 8 yaşlı oğlunun ad günündə həbs olundu, bütün ailə üzvləri işdən çıxarıldı, kiçik oğlumdan başqa bütün ailə üzvləri şantaj olundu. Dövlət rəsmisinə qarşı şər atmadığım üçün başıma olmazın oyunlar gətirdilər”.

Gülər Əhmədova ad çəkməsə də, kimlərin bostanına daş atdığını müəyyən etmək çətin deyil. Başlayaq, Eldar Mahmudovla işbirliyində YAP-ın Mərkəzi Təftiş Nəzarət Komissiyasının sədrindən. Bu şəxs “Aztelekom”un keçmiş baş direktoru Məhəmməd Məmmədovdur. Məhəmməd Məmmədov hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Lakin onun “MTN işi”nə görə həbs olunduğu bildirilir. Doğrudan da, Məhəmməd Məmmədovla bağlı olay YAP-çıları ayağa qaldırmadı. Halbuki “Gülər Əhmədova olayı”nda hakim partiyanın bir çox üzvləri keçmiş deputatı “asıb-kəsirdilər”. Bu da Məhəmməd Məmmədovun YAP-da güclü dayaqlarının olduğunu deməyə əsas verir. Yaxud da, YAP-çılar hansısa səbəbdən Məhəmməd Məmmədov barədə tənqidi çıxışlarından çəkinirlər.

Gülər Əhmədova ad çəkməsə də, ittihamlarının bir ucu YAR-ın icra katibi, baş nazirin müavini Əli Əhmədova gedib çıxır. Əvvəla, ona görə ki, YAP-da əsas söz sahiblərindən biri də Əli Əhmədovdur. Əgər Məhəmməd Məmmədov barədə sükut elan edilibsə, bu barədə göstərişin Əli Əhmədovdan gəldiyini düşünmək olar. Hər halda Gülər Əhmədova elə buna eyham edir.

Digər tərəfdən “mandat qalmaqalı”nda Gülər Əhmədova ilə toqquşan da Əli Əhmədov idi. Yəqin ki, oxucular, “xoruz baba əhvalatı”nı unutmayıblar.

Gülər Əhmədovanın açıqlamasında maraqlı məqamlardan biri də hansısa dövlət rəsmisinin üzünə durmağa məcbur olunması, lakin bunu etmədiyinə görə hədəfə gəlməsi barədə dedikləridir. Bu dövlət rəsmisi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ola bilər. Çünki “mandat qalmaqalı”nda daha çox adı hallanan Ramiz Mehdiyev idi. Gülər Əhmədovanın dediklərindən belə aydın olur ki, hakimiyyətdəki qruplaşmalar bu məsələdə Ramiz Mehdiyevi sıradan çıxarmağa çalışırmış. Yeri gəlmişkən, həmin vaxt “Azadlıq” qəzeti oxşar mülahizələr irəli sürmüşdü.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam