Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gülər Əhmədova Eldar Mahmudovu “vurdu”

guler-yeniSabiq deputat «mandat qalmaqalı»na görə keçmiş MTN şefini günahlandırır

Xeberinfo.com:   “Mandat qalamaqalı”nın əsas fiquru olan keçmiş deputat Gülər Əhmədova bu günlərdə yenidən həmin hadisəyə münasibət bildirib. “Elşad Abdullayevin mənimlə heç bir problemi yox idi. Olsaydı, 2005-ci ildə olmuş hadisəni 2012-ci ildə danışmazdı. Keçən 7 ildə bir dəfə mənə və ya ailə üzvümə zəng vurardı.

Indi kimsə kiməsə 100 manat pul verəndə, bir həftədən sonra geri istəyir. Hamı çox gözəl bilir ki, o, nə oyun idi, kimlər oynayırdı. Şükür ki, həmin oyunu oynayan adamlar Azərbaycan siyasətində və ictimaiyyətində artıq yoxdur”, – deyə keçmiş deputat vurğulayıb.

Bundan əvvəl isə Gülər Əhmədova demişdi ki, bir dövlət rəsmisinə şər atmadığı üçün dayanmadığı üçün başına olmazın oyunlar gətirildi.

“Mandat qalmaqalı”nin ilk günlərində belə iddialar səsləndirilirdi ki, bu olay Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşıdır. Qeyd edək ki, bu məsələdə Ramiz Mehdiyevin də adı hallanırdı. Həmin vaxt deyilirdi ki, baş verənlərin arxasında o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudov dayanır. Gülər Əhmədova indiki açıqlamaları ilə bu iddiaları təsdiqləmiş olur. Keçmiş deputatın “Şükür ki, həmin oyunu oynayan adamlar Azərbaycan siyasətində və ictimaiyyətində artıq yoxdur” fikrinin Eldar Mahmudova aid olması şübhəsizdir. Lakin bu o demək deyil ki, Elşad Abdullayevlə Gülər Əhmədova arasında mandat sövdələşməsi olmayıb. Hər halda Elşad Abdullayevin yaydığı videolarda Gülər Əhmədova deyir ki, onu deputat etmək üçün danışıqlar aparır. Yəni, bu oyun olubsa da, fakt üzərində qurulmuş oyun olub.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam