Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gülər Əhmədovanın ofisi boşaldıldı

 

Sabiq millət vəkili Gülər Əhmədovanın “Hökumət evi”də yerləşən qəzetinin (Mərkəz) ofisi əlindən alınıb.

 

Xeberinfo.com:   Məlumata görə, “Mərkəz” qəzetinin bu binada yerləşən 15 kabineti başqa dövlət qurumlarına verilib. Belə ki, G. Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin “Hökumət Evi”nin beşinci alaqapı, beşinci mərtəbədə yerləşən 12-yədək kabinet Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə verilib. Birinci mərtəbədə G. Əhmədovanın özünün və köməkçilərinin üç kabineti isə Tarif Şurasına verilib.

Bu günlərdə G. Əhmədova da “Hökumət Evi”nə gedərək onun iştirakı ilə həmin otaqlarda “Mərkəz”qəzetinə və Respublika Uşaq Təşkilatına məxsus avadanlıqlar, qəzetin arxivi çıxardılıb.

Xatırladaq ki, “Mərkəz” qəzeti üç ilə yaxındır ki, fəaliyyətini dayandırsa da, indiyədək qəzetin “Hökumət Evi”ndəki ofisləri saxlanılırdı və heç bir quruma icarəyə verilməmişdi.

Qeyd edək ki, bu gün report.az saytı eks-deputatın BDU-dan da çıxarılması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Gülər Əhmədova sözügedən məlumata belə münasibət bildirib:

"Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxartsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam