Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsgərləri üçün ayrılmış ərzaqlar bazarda satılır - FOTO

 

Sərhəd Qoşunlarının hərbçiləri üçün nəzərdə tutulmuq mal əti konservlərinin Siyəzəndə satıldığına dair fotolar yayılıb

Xeberinfo.com:   Azərbaycan Ordusuna verilən ərzaq məhsullarının daxili bazarda satılması halları uzun illər əvvəllərə təsadüf edən hadisələrdəndir. JAM.AZ xəbər verir ki, bu proses müstəqillik əldə edildikdən sonna başlasa da, 2000-ci illərin əvvəllərinə qədər davam etmişdi. Lakin rəsmi qurumların müdaxilələri, belə hallara qarşı mübarizə effektiv nəticə verməyə başladı və prosesin önü alındı. 

Elə bu səbəbdəndir ki, on ildən artıqdır ki, əsgər yeməklərini bazarlarda tapmaq qeyri-mümkün idi. Niyə məhz «idi» yazırıq? Ona görə ki, bu ənənənin artıq pozulmasına dair ilk məlumat üzə çıxıb. JAM.AZ xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılmış informasiyada iddia edilir ki, Sərhəd Qoşunlarının əsgərləri üçün ayrılmış mal əti konervləri Siyəzən bazarlarında açıq şəkildə satışa çıxarılıb.

Üzərində «Satış qadağandır» və «Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarına məxsusdur» sözləri yazılmış konservlərin kimlər tərəfindən satışa çıxarıldığı məlum deyil. Hadisənin şahidi olan şəxs hətta həmin konserv qutularının fotolarını da yayımlayıb.

Qeyd edək ki, belə bir halın yaşanması olduqca təhlükəlidir. Çünki əsgərlərimiz üçün nəzərdə tutulmuş ərzaqların bazarda satılması yolverilməzdir. Belə bir halın qarşısı qətiyyətlə alınmalıdır ki, sabah analoji olaylar yaşanmasın. Şübhəsiz, Sərhəd Qoşunları komandanlığı bu prosesin qarşısını alaraq, bu işdə əli olanları qanuni formada cəzalandıracaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam