Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sabiq nazirin daha bir şantaj yuvası

 

Şadlıq Sarayı adı altında fəaliyyət göstərən pritondakı gizli kameralar Akif Çovdarovun xeyli karına gəlib 

Xeberinfo.com:  MTN hadisələrindən bir xeyli vaxt keçsə də, istər onun sabiq rəhbəri Eldar Mahmudov, istərsə də onun generallarının əməlləri ilə bağlı ilginc məlumatlar hələ də yayılmaqdadır. Xüsusən də, Mahmudovun «sağ əli» sayılan Akif Çovdarovun şantajlarında yaxından iştirak etmiş müxtəlif təyinatlı obyektlərin adları açıqlanmaqdadır. 

Məlumata görə, Akif Çovdarov bir sıra iş adamları, habelə bəzi məmurları şantaj edərək, onlardan pul qoparırmış. Hadisələrin gedişatı fonunda bu açıq şəkildə təsdiqini tapdı. Bu işdə Çovdarovun işlərinə yardımçı olan otellərin də sayı az olmayıb. Zaman içində onların bəzilərinin adları açıqlansa da, bəziləri kölgədə qalmağı bacarmışdı. Lakin…

Jam.az-ın əldə etdiyi məlumata görə, sahibkarların, habelə məmurların və onların övladlarının şantaj edilməsində Eldar Mahmudov və komandasına yardımçı olmuş yerlərdən biri də «Neapol» olub. Üzdə şadlıq sarayı kimi, görsənən, arxa planda isə daha çox əxlaqsızlıq yuvası kimi çıxış edən bu obyektin sahibləri hələ xeyli əvvəldən Akif Çovdarovla könüllü şəkildə əməkdaşlıq ediblər. Təbii ki, bunun qarşılığını da alıblar. 

Mənbələr iddia edir ki, «Neapol»da mövcud olan otaqlarda gizli şəkildə yerləşdirilmiş kameralar vasitəsi ilə ora gələn məmur övladlarının əyləncələrini lentə alıblar. Məlumatlara görə, heç nədən xəbəri olmayan məmurlar və ya onların övladları sonradan generalın tələsinə düşürmüşlər. Və onların qarşısına qoyulan görüntülərin müqabilində pullarını alırmışlar. 

Məlumatlarda vurğulanır ki, «Neapol»un rəhbərliyi göstərdiyi «xidmət»in müqabilində üç istiqamətdə qazanırmış. Birincisi, gələn müştəridən pul alırmış. İkincisi, ləğv olunmuş MTN-in həmin dövrdəki generalları ilə münasibət quraraq, öz obyektlərini qoruya bilirmişlər. Üçüncüsü isə bu «xidmət»in müqabilində «pay» alırmışlar. 

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam