Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əhəd Abıyevlə Akif Çovdarovun şok davası - İcra başçısı gecəni MTN-də keçirib

Əhəd Abıyevlə Akif Çovdarovun şok davası

 

İcra başçısı MTN-nin oğurladığı iş adamını necə xilas edib?

Xeberinfo.com:   Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı iş adamları ilə yanaşı, həm də vəzifəli şəxsləri şantaj etməsi, onlardan haqq yığması ilə bağlı hər gün yeni faktlar açıqlanmaqdadır. Daxil olan sensasion daha bir məlumatda bu dəfə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general Akif Çovdarovun iş adamlarını oğurlatması və Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə arasında yaşanan qalmqaqaldan bəhs edilir.
Belə ki, iki il əvvəl Daşkəsən rayonunun Qabaqtəpə kəndində körpü tikintisi aparan iş adamı və onun mühasibi bankdan pul çıxararkən, MTN-nin maskalılarının hücumuna məruz qalıb. Küçənin ortasında oğurlanan həmin şəxslər başlarındakı torbanı çıxararkən MTN-də Akif Çovdarovun kabinetində olduqlarını görüblər.
Əhəd Abıyevlə Akif Çovdarovun şok davası
Əsl qalmaqal isə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin hadisədən xəbər tutmasından sonra başlayıb. Dərhal MTN-nə gələn icra başçısı bu qurumun rəhbərliyini, özəlliklə Akif Çovdarovu bu qanunsuz əməllərinə görə təhqir edib. Generalla mübahisəyə girən Əhəd Abıyev ya tutulanların, azad edilməsini, ya da ölkə başçısına şikayət edəcəyini deyib. Akif Çovdarovun Əhəd Abıyevi həbslə hədələməsi isə qalmaqalın böyüməsinə səbəb olub. Əsəblərini cilovlaya bilməyən icra başçısı generalı ağır sözlərlə təhqir edib. MTN-də baş verən “razborka”nın səsi bütün nazirliyə yayılıb. Gecə saatlarında iş yerinə qayıdan nazir Eldar Mahmudov icra başçısını kabinetinə dəvət edib, onu sakitləşdirməyə çalışıb. Bundan sonra tutulanlar sərbəst buraxılıb.

Məsələ ilə bağlı gununsesi.info-nun sorğusunu cavablandıran Əhəd Abıyev həqiqətən belə bir olayın yaşandığını deyib: “Hələ Akif Çovdarov utanmaz-utanmaz mənə deyirdi ki, bir neçə ildir ki, icra başçısısan amma bir dəfə də olsun gəlib, bizi “görməmisən”. Çox həyasız adam idi. Mən ona ağzıma gələni dedim, İnsanların balası var, küçədən oğurlayıb, ona işgəncə vermişdilər. Hələ Eldar Mahmudov utanmaz-utanmaz mənə deyir ki, bura sənə Milli Məclis deyil. Dedim, sizin əməlləriniz insanı özündən çıxarır. Onu MTN-dən aparanda tanınmaz halda idi. Eldar Mahmudov və dəstəsi millətin bəlasına çevrilmişdi. Mən yüzlərlə məmur tanıyıram ki, bunlar “vurulanda” qurban kəsdilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam