Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adil Əliyev ona verilən töhmətdən dərs çıxarmadı: Suraxanıda növbəti NARAZILIQ +FOTOLAR

Adil Əliyev ona verilən töhmətdən dərs çıxarmadı: Suraxanıda növbəti NARAZILIQ

Suraxanı rayonunda qanunsuz tikintilərlə bağlı narazılıqlar səngimək bilmir.

Yenixeber.org: Redaksiyamıza yazan sakinlərin sözlərinə görə, rayonda boş ərazilərin zəbt olunaraq müxtəlif obyektlərin tikintisinə başlanılması halları yenə də davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Adil Əliyevə töhmət verməsindən sonra vəziyyətin dəyişəcəyinə, rayonda abadlıq işlərinin daha da artacağına ümid edən sakinlər məyus olublar. Çünki qanunsuz tikililər yenə də davam edir.


Sakinlər bildirib ki, yaxın günlərdə Qaraçuxur qəsəbəsində dəmir konstruksiyalardan ibarət yeni obyektin tikintisinə start verilib. İddialara görə, tikinti işləri hazırda sürətlə davam etdirilir və əraziyə texnika cəlb olunub. Yerli sakinlər isə bunun qanunsuz həyata keçirildiyini və boş torpaq sahələrinin mərhələli şəkildə zəbt edildiyini deyirlər.
Sakinlər bildirirlər ki, paytaxt meri Eldar Əzizovun qanunsuz tikintilərlə bağlı sərt xəbərdarlıq və töhmətlərinə baxmayaraq, rayonda bu proses dayanmayıb.
Onların sözlərinə görə, Adil Əliyevin rəhbərlik etdiyi Suraxanı Rayon İcra Hakimiyyətinin ərazisində tikinti işlərinin davam etməsi sakinlər arasında ciddi narahatlıq yaradıb.


Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların müdaxilə etməsini və qanunsuz tikintilərin qarşısının alınmasını tələb edirlər.
Məsələ ilə bağlı Suraxanı İH-lə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(tribuna.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam